...

Azərbaycan Belarusdan yeni raket qurğusu alır (FOTO)

Siyasət Materials 28 Sentyabr 2016 16:34 (UTC +04:00)
Azərbaycan Belarusdan 300 kilometrlik məsafəni hədəf alan yeni raket qurğusu alır.
Azərbaycan Belarusdan yeni raket qurğusu alır (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Belarusdan 300 kilometrlik məsafəni hədəf alan yeni raket qurğusu alır.

Bu barədə Trend-ə "ADEX 2016" II Azərbaycan Beynəlxalq Müdafiə sərgisində iştirak edən Belarusun "Volatavto" şirkətindən məlumat verilib.

Bildirilib ki, 2016-cı ildə istehsal edilən yeni raket qurğusu ilin sonunadək satışa çıxarılacaq.

Azərbaycan Müdafiə Nazirliyi raket qurğusunun alınması ilə bağlı şirkətlə danışıqlar aparıb və razılıq əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti