...

Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada güləşçilərin mükafatlandırma mərasimlərində iştirak edib (FOTO, VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 19 May 2017 20:23 (UTC +04:00)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışların final qarşılaşmalarına baxıblar
Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada güləşçilərin mükafatlandırma mərasimlərində iştirak edib (FOTO, VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışların final qarşılaşmalarına baxıblar.

Trend-in məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarında 57 və 97 kq çəki dərəcələrində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimləri keçirilib.

Qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.

57 kq çəki dərəcəsində idmançımız Mahir Əmiraslanov, 97 kq çəkidə isə digər güləşçimiz Nurməhəmməd Hacıyev birinci olub.

Mükafatlandırma mərasimlərindən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti