...

Artıq bu işlərə görə PUL CƏRİMƏSİ də tətbiq ediləcək

Cəmiyyət Materials 28 İyun 2017 09:51 (UTC +04:00)
Əxlaqsızlıq yuvası saxlayanlar üçün yeni cəzalar tətbiq edilib.
Artıq bu işlərə görə PUL CƏRİMƏSİ də tətbiq ediləcək

Bakı. Elçin Mehdiyev - Trend:

Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə yeni cərimələr müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Cinayət Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, bu əməlləri törədən şəxslərə 2500 manatdan 3500 manatadək miqdarda cərimə müəyyən edilir.

Qeyd edək ki, bundan əvvəl Cinayət Məcəlləsində bu əmələ görə pul cəriməsi nəzərdə tutulmurdu. Əxlaqsızlıq yuvaları təşkil edənlər, saxlayanlar və ya bu məqsədlər üçün mənzil sahələri verənlər 400 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdə. Lakin yeni dəyişikliyə əsasən qeyd olunan cəzalarla yanaşı, pul cəriməsi də tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti