...

Əcnəbinin Bakını sevməsi üçün 10 səbəb. 1-ci səbəb: Təhlükəsizlik

Baku 2015 : EUROGAMES Materials 1 May 2015 00:30 (UTC +04:00)
Bəzən “Xəzərin mirvarisi” adlandırılan Bakı beş Xəzəryanı ölkədən birinin paytaxtıdır.
Əcnəbinin Bakını sevməsi üçün 10 səbəb. 1-ci səbəb: Təhlükəsizlik

Klod Salhani - Trend:

Bəzən "Xəzərin mirvarisi" adlandırılan Bakı beş Xəzəryanı ölkədən birinin paytaxtıdır. Dünyada istənilən müasir şəhər kimi, Bakının da müsbət və mənfi cəhətləri var və istənilən böyük şəhərdə olduğu kimi, yaxşı və pis tərəfləri ola bilər. Lakin Azərbaycan paytaxtının müsbət cəhətləri daha çoxdur.

Burada bir neçə gündən bir neçə ilə qədər vaxtını keçirmiş istənilən əcnəbidən soruşsanız, demək olar, eyni cavabı eşidərsiniz - Bakı təhlükəsiz şəhərdir.

Həqiqətən də iş təhlükəsizliyə gələndə Bakını bu məsələdə ötüb keçmək çətin olar. Bu baxımdan Bakının yalnız müsbət tərəfəri var.

Dünyanın bütün iri şəhərlərində - istər Avropada, istər Asiyada, istərsə də Şimali və ya Cənubi Amerikada - əsas problemlər cinayətkarlıqla bağlıdır. Lakin Bakıda azyaşlı uşaqların məktəbə tək getdiyini görə bilərik, buna isə Şimali Amerikada çətin rast gəlmək olar.

Təbii ki, "Bakının hansı müsbət və mənfi tərəfləri var" sualına cavablar qonaqlardan asılı olaraq dəyişə bilər. Bir qonaq şəhərdə sevdiyi bir şeyi tapa bilər, bir başqası isə nəyisə bəyənməyə bilər.

Burada gəldiyimiz nəticələr yalnız müəllifin şəxsi fikrinə əsaslanır. Bu fikirlər hansısa rəsmi hesabatı və statistik məlumatları əks etdirmir. 10 maksimal müsbət saydır, sıfır isə minimaldır. Müəllif başqa şəhərlərdə - Paris, London, Brüssel və Nyu Yorkda yaşadığı illər ərzindəki təcrübəsinə əsaslanaraq qiymətlər qoyub. Beləliklə, müəllif tərəfindən 10 bal üzrə 10 qiyməti Bakının təhlükəsizliyinə, yaşayış və əyləncə şəraitinə verilir. Digər xidmətlər, o cümlədən nəqliyyat, yerləşdirmə, kommunikasiya, tibbi xidmətlər, ekologiya və yolların vəziyyəti də yüksək səviyyədədir. Bu, 10 məqalədən birincisidir və bu məqalələrdən hər biri burada qeyd edilən mövzulara həsr olunacaq, Bakıda həyatın müsbət və mənfi aspektlərinə toxunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti