...

Finlandiya XİN: "I Avropa Oyunları Azərbaycana qonaqpərvərliyini nümayiş etdirmək üçün yaxşı imkandır"

Baku 2015 : EUROGAMES Materials 19 May 2015 13:06 (UTC +04:00)
Finlandiya insanların birləşməsi baxımından idmanı həmişə yüksək qiymətləndirib.
Finlandiya XİN: "I Avropa Oyunları Azərbaycana qonaqpərvərliyini nümayiş etdirmək üçün yaxşı imkandır"

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Cəmilə Əliyeva/

Finlandiya insanların birləşməsi baxımından idmanı həmişə yüksək qiymətləndirib. Bu barədə Trend-ə Finlandiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Krister Mikelson deyib.

Diplomatın sözlərinə görə, Bakıda keçiriləcək ilk Avropa Oyunlarında Finlandiyadan çoxlu idmançı iştirak edəcək: "Panamerika və Asiya oyunları artıq bütün dünyada məşhurdur. Təbii ki, Avropanın da özünün oyunları olmalı idi. İlk Avropa Oyunları Azərbaycana qonaqpərvərliyini və ölkənin imkanlarını nümayiş etdirmək üçün yaxşı imkan olacaq. Hər dəfə Bakıya səfər etdikdə paytaxtda stadionların sayının artdığını görürəm. Əminəm ki, Bakıda təşkil olunan ilk Avropa Oyunları möhtəşəm keçəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti