...

Bakı-2015: Laza – dağ şəlalələrinin diyarında (FOTO)

Baku 2015 : EUROGAMES Materials 30 May 2015 08:00 (UTC +04:00)
Qusar rayonu burada yerləşən “Şahdağ” turizm kompleksinə görə deyil, həmçinin gözəl təbiəti və sakinlərinin maraqlı adətlərinə görə Azərbaycanda ən populyar turistik məkanlardan biridir.
Bakı-2015: Laza – dağ şəlalələrinin diyarında (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend, müəllif Elçin Hüseynov, foto Rufiz Hafizoğlu/

Qusar rayonu burada yerləşən "Şahdağ" turizm kompleksinə görə deyil, həmçinin gözəl təbiəti və sakinlərinin maraqlı adətlərinə görə Azərbaycanda ən populyar turistik məkanlardan biridir.

Məsələn, Qafqaz sıra dağlarının şimal-şərqində Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində Laza kəndi yerləşir. Kəndi gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır.

Kənddə etnik ləzgilər yaşayır. Lazanın sakinləri adi dağ həyatı yaşayırlar. Əhali ev təsərrüfatı ilə, quşçuluq, iri və xırda buynuzlu heyvandarlıqla məşğul olurlar.

Qusarda ekoloji turizm üçün bütün şərait var. Xüsusilə, Lazada turistlərə qədim Anıq kəndinə baş çəkmək, tarixi abidələr, həmçinin xalq incəsənəti nümunələri ilə tanış olmaq təklif edilir.

Qışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə Laza kəndində buzadırmanma çempionatı keçirilir.

I Avropa Oyunlarına görə paytaxtımıza təşrif buyuracaq qonaqlar Azərbaycanın bu gözəl guşəsi ilə tanış ola bilərlər. Bakıdan Qusar şəhərinə məsafə 174 kilometr təşkil edir. Qusardan Laza kəndinə təqribən yarım saata çatmaq olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti