...

Avropa Oyunlarının qonaqlarına milli geyimlərimiz nümayiş olunacaq

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 17:44 (UTC +04:00)
Avropa Oyunlarının qonaqlarına Azərbaycanın milli geyimləri nümayiş olunacaq.
Avropa Oyunlarının qonaqlarına milli geyimlərimiz nümayiş olunacaq

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Avropa Oyunlarının qonaqlarına Azərbaycanın milli geyimləri nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində Bakı-2015 I Avropa Oyunlarının təbliği məqsədilə "Azərbaycan milli geyimləri sərgisi" adlı layihənin icrasına başlanılıb. Layihə nazirliyin maliyyə dəstəyi, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC), "Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Sərgi ödənişsizdir, geniş kütlə üçün nəzərdə tutulub. Layihədə bir neçə istiqamət üzrə - qadın geyimləri, kişi geyimləri, uşaq geyimləri, baş örtükləri, müxtəlif təbəqələri əhatə edən geyimlər və milli geyimlər təsvir olunmuş tablolar yaradılıb, ictimai yerlərdə, hotellərin foyelərində və s. məkanlarda nümayiş etdirilməsi nəzərdə tutulub.

Sərginin təşkil olunacağı məkanlarda geyimlər barədə ziyarətçilərə məlumat vermək, milli geyimlərdə ödənişsiz şəkil çəkdirmək və geyimləri haradan əldə etmək barədə məlumat almaq üçün imkanlar yaradılacaq.

Layihənin məqsədi milli geyimlərimizin nümayişi, adət-ənənələrimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, yeni formatda sərginin təşkili, gənclər arasında milli geyimlərimizin təbliğidir.

Sərginin açılış mərasimi sabah keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti