...

Azarkeş: "Gimnastlarımızın medallara sahib çıxması bu idman növünün inkişaf etdiyini göstərir"

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 10:36 (UTC +04:00)
"Biz ailəlikcə gimnastika ilə maraqlanırıq, ona görə də bu gözəl Milli Gimnastika Arenasında keçirilən yarışları izləyirik".
Azarkeş: "Gimnastlarımızın medallara sahib çıxması bu idman növünün inkişaf etdiyini göstərir"

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Biz ailəlikcə gimnastika ilə maraqlanırıq, ona görə də bu gözəl Milli Gimnastika Arenasında keçirilən yarışları izləyirik". Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışları izləməyə gəlmiş gimnastika həvəskarı Tükəzban Allahverdiyeva deyib.

T.Allahverdiyeva xatırladıb ki, artıq gimnastlarımız qızıl, gümüş və bürünc medallar qazanıblar: "Bu bizi çox sevindirir. Yəni gimnastlarımızın bu qədər güclü gimnastları olan Avropa dövlətləri içərisində yüksək nəticələrə nail olması, əlbəttə, ölkəmizdə gimnastikanın yaxşı inkişaf etdiyini göstərir. Bir vətəndaş olaraq, bunu görəndə fəxr edirik".

O, bütün bunlara görə dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Çox sağ olsunlar ki, ölkədə bizim övladlarımız üçün belə yaxşı işlər görürlər".

T.Allahverdiyeva birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən də danışıb. O bildirib ki, Avropa Oyunları Azərbaycanın dünyada təbliği üçün böyük rol oynayır: "Baxın, nə qədər xarici qonaqlar gəlib yarışları izləyir. Onlar həm də bura gəlib Azərbaycanın mədəniyyəti, mətbəxi ilə yaxından tanış olurlar. Bütün bunların ölkəmiz üçün böyük faydası var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti