...

Litvalı idmançı: Azərbaycan I Avropa Oyunlarında idmançılar üçün bütün lazımi şəraiti yaradıb

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 23:24 (UTC +04:00)
Azərbaycan I Avropa Oyunları çərçivəsində idmançılar üçün bütün lazımi şəraiti yaradıb.
Litvalı idmançı: Azərbaycan I Avropa Oyunlarında idmançılar üçün bütün lazımi şəraiti yaradıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan I Avropa Oyunları çərçivəsində idmançılar üçün bütün lazımi şəraiti yaradıb. Trend-in məlumatına əsasən, bu barədə jurnalistlərə I Avropa Oyunlarının iştirakçısı, Litvanın suya tullanma üzrə təmsilçisi İndre Qirdauskayte deyib.

O, Atletlər kəndində idmançılar üçün yaradılmış şəraiti xüsusi qeyd edib: "Bütün yarışlarda olduğu kimi, adi mehmanxanada qalacağımızı gözləyirdim, lakin gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Hər şeyin bu qədər yaxşı təşkil ediləcəyini gözləmirdim. Bura gəlib yarışlarda iştirak etdiyim üçün çox şadam".

İdmançı, həmçinin Bakı haqqında təəssüratlarını paylaşıb: "Bakı çox gözəl şəhərdir. Xüsusilə də paytaxtda gecə gəzintilərimiz yadaqalan oldu. Heç qayıtmaq istəmirəm. Təəssüflər olsun ki, çox az gəzib gördük. Ümid edirəm ki, burada yenə yarışlar təşkil ediləcək və mən Bakı ilə daha yaxından tanış ola biləcəyəm".

İ.Qirdauskayte sözlərinə görə, I Avropa Oyunlarında nəticələri ümidləri doğrultmasa da, bu yarışlarda iştirak etmək müəyyən təcrübə qazanmaq üçün ilk imkan olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti