...

Boksçumuz: Özümdə çempion ola biləcək gücü hiss edirəm

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 13:24 (UTC +04:00)
Bu döyüş cəldlik üzərində qurulmuşdu. Fiziki hazırlıq normal idi, amma bu görüşdə məhz cəldlik və hiyləgərliklə qalib gəlmək lazım idi. Rəqibim elə bir idmançı idi ki, ona zərbə endirmək çətin idi.
Boksçumuz: Özümdə çempion ola biləcək gücü hiss edirəm

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Bu döyüş cəldlik üzərində qurulmuşdu. Fiziki hazırlıq normal idi, amma bu görüşdə məhz cəldlik və hiyləgərliklə qalib gəlmək lazım idi. Rəqibim elə bir idmançı idi ki, ona zərbə endirmək çətin idi.

Trend xəbər verir ki, bunu qadın boksçuların yarımyüngül (51-54 kq) çəki dərəcəsində Avropa Oyunlarında yarışların yarımfinalına vəsiqə qazanan təmsilçimiz Anna Əlimərdanova deyib.

A.Əlimərdanova qeyd edib ki, o, hər görüşə son döyüş kimi çıxır: "Hər görüşə ayrıca köklənirsən. Hər döyüşə fərdi yanaşırsan. Bu görüşdən sonra çox sevinirdim. Sevinirdim ki, məhz medal qazanmışam. Artıq ən azından medal var".

A.Əlimərdanova yarımfinaldakı rəqibi Rusiya boksçusu Yelena Savelyeva ilə gözlənilən görüş barədə də danışıb: "Mən onunla dünya çempionatında döyüşmüşəm və məğlub olmuşam. O görüşü ona hakimlər verdilər. Amma mən burada özümdə çempion ola biləcək gücü hiss edirəm. Qızıl medalı qazanmağa çalışacam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti