...

Deputat: "Azərbaycan bütün dünyaya nəyə qadir olduğunu sübut etdi"

Baku 2015 : EUROGAMES Materials 29 İyun 2015 14:22 (UTC +04:00)
Avropa Oyunlarının keçirilməsi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, böyük miqyaslı oyunları yüksək səviyyədə keçirməyə qadirdir.
Deputat: "Azərbaycan bütün dünyaya nəyə qadir olduğunu sübut etdi"

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Avropa Oyunlarının keçirilməsi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, böyük miqyaslı oyunları yüksək səviyyədə keçirməyə qadirdir. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, Avropa Oyunlarının həm açılışı, həm də bağlanışı özünün möhtəşəmliyi ilə seçildi: "Çünki bu Oyunlara hazırlıq əvvəldən yüksək səviyyədə aparılmışdı, təşkilatçılıq işləri hərtərəfli görülmüşdü. Bəzi qüvvələr bizim burada gördüyümüz işləri alt-üst etmək istəyirdilər. Deyirdilər ki, Azərbaycanın bu Oyunları keçirməyə gücü çata bilməz, müəyyən problemlər yaranacaq, stadionlar yarıtmaz vəziyyətdədir. Lakin Oyunların açılışı, gedişatı və bağlanışı bu fikirlərin hamısını alt-üst etdi. Azərbaycan bütün dünyaya sübut etdi ki, bu ölkə nəyə qadirdir, bu xalq nə qədər qonaqpərvərdir, bacarıqlıdır".

T.Rzayevin sözlərinə görə, Avropa Oyunlarının ən böyük möhtəşəmliyi Azərbaycan idmançılarının qələbələri oldu: "Biz bunu gözləmirdik. Biz deyirdik ki, əvvəlki oyunlarla müqayisədə bu oyunlarda 1-2 medal artıq olsa, yaxşıdır. Ancaq Azərbaycan idmançıları qələbələri ilə tarix yazdılar".

T.Rzayev deyib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir tarix idi: "Ən yüksək tarixi isə bizim Azərbaycan idmançıları yazdılar. Onlar qazandıqları qələbələri ilə nəyə qadir olduqlarını göstərdilər. Bu Oyunlar Azərbaycanın həqiqətən də idman ölkəsi olduğunu bir daha göstərdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti