...

Övladıma bir daha uğurlar arzulayıram - xalq artisti Aygün Kazımova

Mədəniyyət Materials 9 Fevral 2011 18:01 (UTC +04:00)
"Eurovision-2011" milli seçim mərhələsinin finalına cəmi iki gün qalır. Mübarizə aparacaq 5 iştirakçıdan biri olan İlqarə İbrahimova da rəqibləri kimi məşqlərini davam etdirib, ciddi cəhdlə səhnədə yüksək performans sərgiləməyi qarşısına məqsəd qoyub. Bu barədə Trend-ə İlqarənin anası, Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımova məlumat verdi.
Övladıma bir daha uğurlar arzulayıram - xalq artisti Aygün Kazımova

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Ş.Cavadsoy/

"Eurovision-2011" milli seçim mərhələsinin finalına cəmi iki gün qalır. Mübarizə aparacaq 5 iştirakçıdan biri olan İlqarə İbrahimova da rəqibləri kimi məşqlərini davam etdirib, ciddi cəhdlə səhnədə yüksək performans sərgiləməyi qarşısına məqsəd qoyub. Bu barədə Trend-ə İlqarənin anası, Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımova məlumat verdi.

"Məşqlər barəsində uzun-uzadı danışmaq istəmirəm. İnşallah hər şeyi özünüz görəcəksiniz. Sadəcə sizin vasitəsinizlə övladıma bir daha uğurlar arzulayıram", - Aygün Kazımova dedi.

"Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi fevralın 11-də Akademik Milli Dram Teatrında keçiriləcək milli finalda müəyyənləşəcək. Saat 21:00-da start götürəcək konsert üç saat davam edəcək. Sonuncu dəfə səhnəyə çıxacaq finalçılar isə bunlardır: İlqarə İbrahimova, Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, və İlhamə Qasımova.

Həmin gün səhnədə "Eurovision" müsabiqəsinin tarixinə adını yazdırmış ulduzların da çıxışı planlaşdırılıb. Azərbaycanı "Eurovision-2010"da təmsil etmiş Səfurə Əlizadə, Gürcüstanın ötənilki nümayəndəsi Sofia Nijaradze, İsveçrəni "Eurovision-2011"-də layiqli şəkildə təmsil edəcəyini qarşısına məqsəd qoyduğunu söyləyən müğənni Anna Rossinellinin, San-Marinonun "Eurovision-2011"-dəki təmsilçisi Senit, dünyaca məşhur DJ Devit Vendetta tədbirin fəxri qonaqları sırasında olacaqlar.

Final həyəcanı İctimai Televiziya ilə yanaşı Eurovision TV, TRT kanalı, Gürcüstanın İctimai Televiziyası vasitəsilə canlı yayımlanacaq. Konsert proqramını www.eurovision.tv və www.itv.az internet portallarından da canlı izləmək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti