...

Rejissor Nail Naiboğlu avtoqəzaya uğrayıb

Mədəniyyət Materials 29 Mart 2011 14:04 (UTC +04:00)
Populyar Azərbaycan rejissoru və klipmeykeri Nail Naiboğlu avtoqəzaya uğrayıb. Sürücü sürüşkən yolda idarəetməni itirib, nəticədə onun "KİA Cerato" markalı avtomobili Lənkəran-Cəlilabad yolunda körpüdən düşüb. Naiboğlunun vəziyyəti qənaətbəxşdir.
Rejissor Nail Naiboğlu avtoqəzaya uğrayıb

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir V.İmanov/

Populyar Azərbaycan rejissoru və klipmeykeri Nail Naiboğlu avtoqəzaya uğrayıb. Sürücü sürüşkən yolda idarəetməni itirib, nəticədə onun "KİA Cerato" markalı avtomobili Lənkəran-Cəlilabad yolunda körpüdən düşüb. Naiboğlunun vəziyyəti qənaətbəxşdir.

"Yol polisinin köməyi ilə avtomobili traktorla Göytəpə körpüsünün altından çıxardıq. Sonra onlar mənə yola düşməyə və Bakıya gəlib çatmağa kömək etdilər. Avtomobili təmirə göndərdik. Allaha şükür, yüngül zədə və qorxu ilə canımızı qurtara bildik", - Naiboğlu Trend-ə bildirib.

Rejissorun sözlərinə görə, minnətdarlıq əlaməti olaraq o, növbəti işini yol polisinə həsr edəcək və hətta ifaçını da - Röya Ayxan - tapıb.

Xəbər lenti

Xəbər lenti