Azərbaycan , Bakı , 27 may /Trend, müxbir A.Məmmədova/
"Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun ulduzu Bəhram Bağırzadə "Qorxma, mən səninləyəm-2 " filminə çəkilir .
" Yuli Qusman mənə "Qorxma, mən səninləyəm-2 " filmində rol təklif etdi . Rəsmi təklif gəlib və mən razılıq vermişəm. Lakin hansı rolu oynacağımı hələlik bilmirəm ", - Bağırzadə Trend -ə bildirib .
Birinci filmin müəllifi Yuli Qusman əmin edib ki, bu filmdə birinci filmdəki aktyorlar - Durov, Polad Bülbüloğlu, Muxtarbek Qantemirov iştirak edəcəklər. İkinci filmdə birinci seriyada təsvir olunan hadisələrdən 20 il sonra cərəyan edən hadisələr göstəriləcək.
Yuli Qusmanın "Qorxma, mən səninləyəm" filmi 1982-ci ildə ekranlara çıxıb. Birinci filmin süjeti belədir: Qafqaz , XIX əsrin sonları , sirk artistləri Rüstəm və San Sanıç şəxsi işi ilə bağlı Rüstəmin vətəninə gəlirlər . Onlar elə dərhal müğənni Teymurun məhəbbət əhvalatına cəlb olunurlar . O özü kasıbdır, sevgilisi isə tanınmış və zəngin bəy ailəsindəndir. Və müğənni bəyin heç cür xoşuna gəlmir. Rüstəm və San Sanıç sevgililərə kömək edirlər və bu zaman onlar yerli banditlərlə əngələ düşürlər...