...

"Kristal" qrupunun rəhbəri Mədinə Məlik "Yeralaş" üçün uşaq seçəcək

Mədəniyyət Materials 6 Sentyabr 2011 17:49 (UTC +04:00)
"Kristal" qızlar qrupunun rəhbəri, tanınmış prodüser Mədinə Məlik yeni şirkət təsis edib.
"Kristal" qrupunun rəhbəri Mədinə Məlik "Yeralaş" üçün uşaq seçəcək

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

"Kristal" qızlar qrupunun rəhbəri, tanınmış prodüser Mədinə Məlik yeni şirkət təsis edib. "Music Stars Company" adlanan şirkətin əsas məqsədi istedadlı şəxsləri üzə çıxarmaqdır.

Bu yenilik barədə prodüser Trend-ə bunları söylədi. "Music Stars Company" yaratmaq çoxdankı istəklərimdən bir idi. Nəhayət ki, konkret işə start verdik. Adı musiqi ilə bağlı olsa da, təkcə müğənni olmaq arzusunda olan şəxsləri üzə çıxarmağı hədəfə almamışıq. Sözün əsl mənasında istedadlı və bacarıqlı insanları bu şirkətə cəlb edəcəyik. Fəaliyyətimiz bununla da məhdudlaşmayacaq. Tanınmış estrada müğənnilərinin əksəriyyətinin arzusudur ki, Rusiya şou-biznesinə qoşulub Moskvada klip və ya hansısa rus sənətçisi ilə birgə əməkdaşlıq qursun. Və ya elə valideynlər var ki, öz övladlarının məşhur uşaq yumoristik proqramı olan "Yeralaş "da çəkilməyini arzu edirlər. Biz bütün istəkləri gerçəkləşdirməkdən ötrü yetərincə imkanlara sahibik. Odur ki, seçim turlarında iştirak etmək arzusunda olan şəxslərin müraciətlərini gözləyirik", - Mədinə Məlik fikirlərini belə izah etməyə çalışdı.

"Music Stars Company"nin geniş ofisdə yerləşdiyini vurğulayan prodüser onu da əlavə etdi ki, baş ofisi Bakıda yerləşən şirkətdə geniş çəkiliş meydançası, müasir texnologiyanın tələblərinə cavab verən səsyazma studiyası fəaliyyət göstərəcək.

Özünü bacarıqlı hesab edən oxucularımız seçim turlarına qatılıb özlərini sınaya bilərlər. Əlaqə telefonu: (055) 757 57 57

Xəbər lenti

Xəbər lenti