...

Böyük Britaniyanın "Eurovision" qaliblərinin fotosunun əks olunduğu bayraq hazırlanıb

Mədəniyyət Materials 20 Aprel 2012 16:13 (UTC +04:00)
Böyük Britaniya "Eurovision" mahnı müsabiqəsindəki qaliblərinin, eləcə də müsabiqə üzrə şərhçilərinin fotosu və avtoqrafı əks olunduğu xüsusi bayraqlar hazırlayıb.
Böyük Britaniyanın "Eurovision" qaliblərinin fotosunun əks olunduğu bayraq hazırlanıb

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Böyük Britaniya "Eurovision" mahnı müsabiqəsindəki qaliblərinin, eləcə də müsabiqə üzrə şərhçilərinin fotosu və avtoqrafı əks olunduğu xüsusi bayraqlar hazırlayıb.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, bu bayraqların hazırlanması xeyriyyə məqsədi daşıyır. Britaniyalı dizayner Ben Morrisin təşkilatçılığı ilə ərsəyə gələn bayraqlar hərraca çıxarılacaq.

Satışdan əldə olunacaq gəlir isə qan xərçəngindən əziyyət çəkən şəxslərin müalicəsinə sərf ediləcək.

Xəbər lenti

Xəbər lenti