...

Azərbaycanın "Eurovision 2012" təmsilçisi Maltaya gedib

Mədəniyyət Materials 3 May 2012 17:44 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva Avropa turnesi çərçivəsində Maltaya səfər edib.
Azərbaycanın "Eurovision 2012" təmsilçisi Maltaya gedib

Azərbaycan, Bakı, 3 may /Trend/

Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva Avropa turnesi çərçivəsində Maltaya səfər edib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Maltaya ilk dəfə səfər edən təmsilçimiz fanatları və yerli mətbuatla görüşəcək. Səbinə Babayeva mayın 4-də Maltanın "TVAM" kanalının səhər proqramında olacaq və "Radio B'Fast Show"ya müsahibə verəcək. Daha sonra o, "Gwida" jurnalı və esctoday.com saytının nümayəndəsi ilə görüşəcək. Səbinə həmçinin "Hadd Ghalik TV" şouda "When The Music Dies" mahnısını ifa edəcək.

Səbinə üçün əsas hadisə ölkənin ən çox izlənilən "Şarabank TV" şousunda iştirak etməkdir. O, bu şouda Malta təmsilçisi Kurt Kalleya və Türkiyə təmsilçisi Can Bonomo ilə eyni səhnəni bölüşəcək.

Xəbər lenti

Xəbər lenti