...

Polşalı kinorejissor azərbaycanlı həmkarlarına dərs keçəcək

Mədəniyyət Materials 9 İyul 2012 13:27 (UTC +04:00)
İyulun 13-dən 18-dək Bakıda, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının bazasında tanınmış polşalı kinorejissor Kşiştof Zanussi tərəfindən kinorejissorlar üçün ustad dərsləri təşkil ediləcək.
Polşalı kinorejissor azərbaycanlı həmkarlarına dərs keçəcək

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/

İyulun 13-dən 18-dək Bakıda, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının bazasında tanınmış polşalı kinorejissor Kşiştof Zanussi tərəfindən kinorejissorlar üçün ustad dərsləri təşkil ediləcək.

Trend bazar ertəsi Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu təcrübə mübadiləsi Prezident İlham Əliyevin 4 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir.

Ustad dərslərində rejissorlar Elxan Cəfərov, İlqar Safat, Samir Kərimoğlu, Əli İsa Cabbarov, Asif Rüstəmov, Tahir Əliyev, Elçin Musaoğlu, Emin Mirabdullayev və digərləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti