...

Parisdə YARAT! Müasir İncəsənət Məkanının təşkil etdiyi “Home, sweet home” sərgisi açılıb

Mədəniyyət Materials 19 Aprel 2013 10:17 (UTC +04:00)
Aprelin 18-də Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində YARAT! Müasir İncəsənət Məkanı tərəfindən “Home, sweet home” («Doğma ev») adlı sərgi təşkil olunub.
Parisdə YARAT! Müasir İncəsənət Məkanının təşkil etdiyi “Home, sweet home” sərgisi açılıb

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Aprelin 18-də Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində YARAT! Müasir İncəsənət Məkanı tərəfindən "Home, sweet home" ("Doğma ev") adlı sərgi təşkil olunub. Sərgidə 25 müasir Azərbaycan rəssamı (Faiq Əhməd, Faiq Əkbərov, Təhmin Əli, Leyla Əliyeva, Müseyib Əmirov, Çingiz Babayev, Rəşad Babayev, Rasim Babayev, İrina Eldarova, Əli Həsənov, Arif Hüseynov, Orxan Hüseynov, Sitarə İbrahimova, Ramal Kazımov, Aida Mahmudova, Fəxriyyə Məmmədova, Vüqar Muradov, Niyaz Nəcəfov, Vüsal Rəhim, Nazim Rəhmanov, Fərid Rəsulov, Mahmud Rüstəmov, Teymur Rüstəmov, Altay Sadıxzadə və Fidan Seyidova) iştirak edirlər. Parisdə yenicə fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət Mərkəzi Eyfel Qülləsinin yaxınlığında, Şarl Foke küçəsi, 1 (1, avenue Charles Floquet 75007 Paris) ünvanında yerləşir.

Ev-sabitlik adasıdır, böyük və bədxah dünyanın məşəqqətindən gizlənə biləcəyimiz bir məkandır. Məhz burada biz işimiz və yaradıcılığımız üçün tələb olunan gücü toplayırıq, məhz bu məkanda biz yorğun halda qayıdaraq, öz sevincimiz və nailiyyətlərimiz haqqında xəbərlə bölüşürük. Ev sanki planetlərlə (əşyalarla) dolu Kainata bənzəyir, və bu Kainatda olan hər bir əşya yaşanmış çətinliklərin və sevinc məqamlarının xatirəsini qoruyur...

...Bu məkanın hər bir qarışı bizə tanışdır və məxsusi duyğularla bağlıdır. Evdə mövcud olan emosional mühitdən bizim insanlara xeyir və ahəng bəxş etmək qabiliyyətimiz, eləcə də bizim özümüzün və yeni nəsillərin gələcəyi asılıdır. Yalnız böyüdükdən sonra Biz dərk edirik ki, təməli uşaqlıqda qoyulan nizam bizi hələ də idarə edir, gənclik zamanı yaşadığımız evin əks-sədası hələ də eşidilməkdədir. Bu məfhumun vacibliyi daimidir, hərçənd onu şərtləndirən bir çox sosial amil son onilliklərdə dəyişikliklərə məruz qalıb.

"Home sweet home" adlı yeni sərginin çərçivəsində 16 müasir Azərbaycan rəssamı "Ev" mövzusuna üz tutub. Bunun səbəbini qismən ailə ocağının yeni simasının yaradılması cəhdi ilə, qismən isə ecazkar mühafizəkarlığın həsrəti ilə izah etmək olar. Ailə ocağının və qadının, başqa sözlə, evin xanımının surətləri həmahəngdir. Ailə bağlarının ənənəvi olaraq güclü olan Qafqazda, "evdar qadın" obrazı uzun zamandır ki, qadına məxsus fədakarlıq simvolundan daha çox füsünkar sabitlik və nizam mücəssəməsi kimi qəbul edilməkdədir. Lakin sürətlə qloballaşan dünyada ailə və cəmiyyətlə bağlı gender stereotipləri tanınmayacaq dərəcədə dəyişilir. Gənc xanımlar artıq tam özünüreallaşdırma prosesini yalnız ailədə və nigahda görməyə meylli deyillər. Bir çox ailədə qadınlar maddi təminatın zamini rolunu öz üzərinə götürüb, kişilər isə ev təsərrüfatının idarə edilməsi ilə məşğuldur, və belə ailələr artıq adı hal kimi qəbul edilir. Ənənələrin sarsılmazlığını qoruyan, qadın mənliyini isə ətrafdakıların maraqlarına qurban verən patriarxal ailələr də yuxarıda qeyd olunan ailələrlə yanbayan yaşayır. Patriarxal ailə modelində qadının əsas məqsədi qohumların və ailə üzvlərinin tələbatlarını ödəmək, habelə "mükəmməl sahibə" statusunda qalmaqdır.

Qadının vərdiş etdiyi roldan imtina etməsi, görəsən, hansı nəticələrə gətirib çıxaracaq? Bu proses ailənin təməl dəyərlərinin məhv olmasının səbəbidir, yoxsa sadəcə cəmiyyətimizin təkamül inkişafının yeni mərhələsidir?

Maddi dünya da dəyişikliklərə uğrayıb. Zamanlar və nəsillər arasında əlaqələri qoruyub saxlayan miras qalmış əşyalar tədricən əhəmiyyətini itirir. Modaya uyğun tərtib edilmiş otaqlar "babadan qalan kreslodan" və ya "nənədən qalan əntiq servizdən" daha vacib sayılır. Sentimental, sadəlövh-romantik üslub artıq tədricən keçmişdə qalmaqdadır, onun yerində isə funksional, erqonomik dizayn bərgərar olur. Maraqlıdır, bunun nəticəsində ev öz "hərarətini" itirəcəkmi, yoxsa baş verən hadisələr sadəcə rahatlıq və münasibliyin zəruri dəyəridir?

"Home sweet home" sərgisi Parisdə yenicə fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət "Evində" əbəs yerə keçirilmir; bu sərgiyə təşrif buyuran tamaşaçı cavab almaq əvəzinə sərgini yeni yaranmış suallarla tərk edir.

Sərgidə nümayiş olunan əsərlərin əksəriyyəti o və ya digər dərəcədə "ev", "səliqə" və "ailə ocağı" anlayışlarla bağlıdır və müəlliflərə doğma olan mədəniyyət mühitinin hərarətini və enerjisini tamaşaçılara çatdırır. Rəssam nəzəri Bakı sakinlərinin görməyə vərdiş etdiyi mənzərələri və şəhər həyatının təsvirlərini (rəssam Müseyibin əsərləri), habelə hamımızın öyrəşdiyi otaqların tərtibatını (rəssam Fərid Rəsulov) dəyişdirir.

Orxan Hüseynov və Mahmud Rüstəmov hətta ən sadə və yeknəsəq mayehtacı- keramik qabları və evdə istifadə olunan mebel dəstini- yeni çalarlarla oynamağa, bərq vurmağa vadar edirlər.

Gənc rəssam Vüsal Rəhimin və artıq qocaman rəssam kimi qəbul edilən Niyaz Nəcəfovun ifadəli rəsmləri evdar qadının müəmmalı aləminə, qazanlar, tərəvəz doğrayanlar, yuyucu vasitələr və paltaryuyan maşınlar dünyasına kiçicik bir qapını açır. Alışılmamış qrafik ifadəyə baxmayaraq, rəssam Faiq Əhmədin yaratdığı xalçalar nur saçır və ənənəvi incəsənət cərəyanlarının yeni inkişaf imkanlarıyla bağlı fikirləri canlandırır. Rəssamın yaratdığı bütün əsərlərdə ona rahatlıq bəxş edən və ürəyinə yatan, vərdiş etdiyi məişət və məkan mövzuları sezilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti