...

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq Mərkəzi yaradılacaq

Mədəniyyət Materials 13 Sentyabr 2013 16:07 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi yanında bu fəaliyyəti koordinasiya edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq Mərkəzi təsis ediləcək.
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq Mərkəzi yaradılacaq

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi yanında bu fəaliyyəti koordinasiya edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq Mərkəzi təsis ediləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ildə elan etdiyi Mədəniyyətlərarası Dialoqa aid Bakı prosesi çərçivəsində Azərbaycanda ilk dəfə Avropa və İslam ölkələrinin 2008-ci və 2009-cu ildə konfransları, 2011-ci ildə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2013-cü ildə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilib.

Prezident İlham Əliyevin himayəsi ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları dünyada bu formatda yeganə tədbirdir ki, onun rəsmi tərəfdaşları YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, İSESKO və Avropa Şurasıdır.

Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal əhəmiyyəti artdığı üçün ölkə rəhbərliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi yanında bu fəaliyyəti koordinasiya edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq Mərkəzi təsis ediləcək.

Azərbaycan Prezidentinin 27 may 2011-ci il fərmanı ilə Forumun koordinasiyasını həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi Mərkəzin işini təşkil və nəzarət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti