...

"Xan Şuşinski Fondu" İlham Əliyevin prezidentliyə namizədliyinə dəstək olaraq Beynəlxalq Muğam Mərkəzində tədbir keçirib

Mədəniyyət Materials 7 Oktyabr 2013 18:12 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində "Xan Şuşinski Fondu"nun təşəbbüsü ilə oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar böyük tədbir təşkil olunub.
"Xan Şuşinski Fondu" İlham Əliyevin prezidentliyə namizədliyinə dəstək olaraq Beynəlxalq Muğam Mərkəzində tədbir keçirib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/

Beynəlxalq Muğam Mərkəzində "Xan Şuşinski Fondu"nun təşəbbüsü ilə oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar böyük tədbir təşkil olunub.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan "Xan Şuşinski Fondu"nun təsisçisi və rəhbəri, sənətkarın övladı Bəyimxanım Verdiyeva-Cavanşirova müasir dövrümüzdə Azərbaycan milli mədəniyyətinin dinamik inkişafına Azərbaycan Prezidenti İlham Əliyevin böyük diqqət və dəstək göstərdiyini vurğulayaraq, muğam sənətinin dövlət mədəniyyət siyasətinin prioritet məsələlərindən biri olduğunu bildirib.

Daha sonra respublikanın görkəmli incəsənət xadimləri: xalq artistləri - Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov, Ağaxan Abdullayev, Ramiz Quliyev, Canəli Əkbərov, Faiq Sucəddinov, Zaur Rzayev; əməkdar artistlər - Nuriyə Hüseynova, Zöhrə Abdullayeva; qocaman tarzən Fərman Hüseynov, yazıçı-jurnalist Rafiq Hacıyev, Şuşa ziyalıları adından Zahid Abbasov çıxış edib, bütün sahələrdə olduğu kimi, mədəniyyətimizin də inkişafı istiqamətində görülən işlərdən danışıblar, bu inkişafın davamlı olması üçün prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirin sonunda yekdilliklə İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edilib.

Bəyanatda deyilir: "Dövlətimizin və xalqımızın rifahı naminə gördüyü misilsiz xidmətlərinə, Azərbaycan musiqi mədəniyyətinə və sənətkarlarına verdiyi dəstək, göstərdiyi diqqət və qayğıya görə "Xan Şuşinski Fondu"nun təşkilatçıları, heyət üzvləri və Azərbaycanın musiqi mədəniyyəti tarixində müstəsna xidmətləri olan ustad sənətkarlar qərara alıblar ki, Azərbaycanda keçiriləcək prezident seçkilərində yekdilliklə İlham Heydər oğlu Əliyev cənablarına dəstək olaraq ona səs veririk və bütün xalqımızı ona səs verməyə çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti