...

AMEA Ədəbiyyat İnstitutu: Nizami Gəncəvinin İran şairi kimi qəbul edilməsini aradan qaldırmaq üçün bir sıra elmi nəticələr əldə olunub

Mədəniyyət Materials 15 Yanvar 2014 16:30 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutu dahi şairimiz Nizami Gəncəvinin bəzi mənbələrdə İran şairi kimi qəbul edilməsini aradan qaldırmaq üçün bir sıra elmi tədqiqatlar aparıb və mühüm nəticələr əldə olunub.
AMEA Ədəbiyyat İnstitutu: Nizami Gəncəvinin İran şairi kimi qəbul edilməsini aradan qaldırmaq üçün bir sıra elmi nəticələr əldə olunub

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutu dahi şairimiz Nizami Gəncəvinin bəzi mənbələrdə İran şairi kimi qəbul edilməsini aradan qaldırmaq üçün bir sıra elmi tədqiqatlar aparıb və mühüm nəticələr əldə olunub.

Trend-in məlumatına görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Teymur Kərimli bildirib ki, bəşər tarixində bir çox sənətkarların müəyyən obyektiv və subyektiv səbəblərdən öz doğma dilində deyil, həmin regionda işlək olan dildə yazması faktına tez-tez təsadüf edilir: "Bu səbəbdən yalnız fars dilində yazdığına görə Nizamini və orta əsrlər Azərbaycan poeziya məktəbinin digər böyük nümayəndələrini İran və ya fars şairi adlandırmaq qətiyyən reallığa uyğun deyil".

O bildirib ki, istər şairin özü, istərsə də sonralar onun haqqında yazılmış bütün orta əsr qaynaqları onun 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən və XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtlarından biri olmuş Gəncə şəhərində doğulduğunu və ömrü boyu Azərbaycanda yaşayıb yaratdığını birmənalı şəkildə təsdiq edir: "Nizaminin dilində çoxlu türk sözləri işlənib. Nizami "Leyli və Məcnun" poemasında öz anasının kürd qızı olduğunu bildirib, "Xosrov və Şirin" poemasında isə özünü saf türk sözü ilə "ikdiş", yəni "metis" adlandırıb".

İclasda qərara alınıb ki, Nizami yaradıcılığında azərbaycançılıq ideologiyasını güclü olub, şairin öz doğma vətəninə və xalqına məhəbbəti öz əksini tapıb.

Tədqiqatların nəticələri AMEA Rəsayət Heyətinin qərarı ilə mühüm elmi nailiyyətlər kimi qiymətləndirilib və bu sahədə araşdırmaların inkişaf etdirilməsi vacib hesab edilib. Qərara əsasən, Nizamişünaslıq daha geniş tədqiq ediləcək, onun yaradıcılığında Azərbaycanla bağlı obrazlar daha əhatəli şəkildə öyrəniləcək. Rusiya, Avropa və Amerikanın şərqşünaslıq mərkəzlərində təbliğ məqsədilə ezamiyyətlər həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti