Azərbaycan, Bakı, 19 fevral /Trend/
İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi, tenor Alessandro Safina Heydər Əliyev Mərkəzində keçiriləcək konsertlə əlaqədar fevralın 19-da Bakıya gəlir.
Trend-in məlumatına görə, fevralın 21-də baş tutacaq möhtəşəm solo konsert proqramı ərəfəsində müğənni Mərkəzin Auditorium zalında məşq edəcək, həmçinin Bakı şəhəri ilə tanış olacaq.
Qeyd edək ki, A.Safinanın Bakıda konserti ilk dəfədir keçirilir. İki saatlıq proqramda müğənni "Incanto", "Memories", "Luna", "Besame Mucho", "La Nave Va", "Al Di La" və digər məşhur mahnılarını ifa edəcək.
Heydər Əliyev Mərkəzində Alessandro Safinanın konsertinə hazırlıq gedir
İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi, tenor Alessandro Safina Heydər Əliyev Mərkəzində keçiriləcək konsertlə əlaqədar fevralın 19-da Bakıya gəlir.
