...

Kayahan pərəstişkarları ilə vidalaşdı: Haqqınızı halal edin (FOTO-VİDEO)

Mədəniyyət Materials 16 Fevral 2015 16:11 (UTC +04:00)
Türkiyənin məşhur müğənnisi Kayahan və Nilufər 14 illik fasilədən sonra eyni səhnəni paylaşıblar.
Kayahan pərəstişkarları ilə vidalaşdı: Haqqınızı halal edin (FOTO-VİDEO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Türkiyənin məşhur müğənnisi Kayahan və Nilufər 14 illik fasilədən sonra eyni səhnəni paylaşıblar.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nilufər "Sevgililər günü" konsertini Kayahanın unudulmaz "Gecələr" mahnısı ilə açıb.

Kayahan yataqda xəstə yatarkən yazdığı yeni mahnısı "Sevgiliye"ni, ardınca isə "Səninlə hər şeyə varam mən"i ifa edib.

Müğənni sevilən mahnılarını ifa etdikdən sonra onun üçün səhnəyə qoyulan kürsüdən qalxaraq pərəstişkarlarına səslənib. "Mən sizə haqqımı halal etdim, siz də haqqınızı halal edin. Yaxında daha rahat qalacağım günlər olacaq. Xəyal edin, çünki xəyal etdiyiniz müddətcə yaşayarsınız", - sözləri həm həyat yoldaşını, həm də pərəstişkarlarını ağladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti