...

Mədəniyyət və Turizm Nazirliyi milli geyimlərimizi təbliğ edən kütləvi tədbir keçirdi (FOTO)

Mədəniyyət Materials 19 İyun 2015 14:19 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi milli geyimlərimizi təbliğ edən kütləvi tədbir keçirilib.
Mədəniyyət və Turizm  Nazirliyi milli geyimlərimizi təbliğ edən kütləvi tədbir keçirdi (FOTO)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi milli geyimlərimizi təbliğ edən kütləvi tədbir keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, paytaxtın "Azneft" meydanından başlayan tədbirə şəhər sakinləri, xarici turistlər də qatılaraq milli geyimli oğlan və qızların rəqslərini izləyibər. Bakı Xoreoqrafiya Akademiyasının tələbələri və "Rasimlər" folklor qrupunun iştirakı ilə təqdim olunan rəqs kompozisiyaları böyük maraqla qarşılanıb. Milli rəqs nümunələrinə şəhər sakinləri və turistlər də biganə qalmayaraq, rəqqaslara qoşulublar. "Yallı" rəqsinin sədaları altında əl-ələ verən iştirakçılar əsl bayram əhvalı yaradıblar. Daha sonra "Sarı gəlin" xalq mahnısı və başqa musiqilər ifa olunub.

Tədbir "Azneft" meydanından "Fəvvarələr" meydanına qədər milli geyimli gənclərin yürüşü ilə davam edib. Tədbirdə milli musiqilərimizdən ibarət konsert proqramı təqdim olunub.

Tədbir çərçivəsində turistlərə və şəhər sakinlərinə Azərbaycan bayrağı, ölkəmiz haqqında buklet və kitabçalar, mədəniyyət və tariximizi özündə əks etdirən müxtəlif suvenirlər paylanılıb.

"Milli geyimlərimizin dünəni və bu günü" adlı layihənin əsas məqsədi "Bakı 2015" I Avropa Oyunları ilə bağlı xarici ölkələrdən gəlmiş idmançı və turistlərə Azərbaycanın zəngin mədəniyyətinin bir parçası olan milli geyimlərimizi və milli rəqslərimizi əyani olaraq nümayiş etdirmək və bu barədə dolğun məlumat verməkdir.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin qrant müsabiqəsi çərçivəsində iyunun 4-də və 9-da I Avropa Oyunları münasibətilə milli geyimlərimizdən bəhs edən "Əsrlərin yaddaşı" adlı promovideonun təqdimatı və "Azərbaycan milli geyimləri" adlı sərgi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti