...

Ehtiras və peşmanlıq – “Ağlını itirmiş kütlədən uzaq” Bakıda (FOTO)

Mədəniyyət Materials 2 İyul 2015 13:45 (UTC +04:00)
“Park Cinema” kinoteatrlar şəbəkəsinin “Flame Towers” şöbəsində “Ağlını itirmiş kütlədən uzaq” ("Far from the Madding Crowd") filminin mətbuat üçün nümayişi keçirilib.
Ehtiras və peşmanlıq – “Ağlını itirmiş kütlədən uzaq” Bakıda (FOTO)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Cani Babayeva/

"Park Cinema" kinoteatrlar şəbəkəsinin "Flame Towers" şöbəsində "Ağlını itirmiş kütlədən uzaq" ("Far from the Madding Crowd") filminin mətbuat üçün nümayişi keçirilib.

Çoxsaylı mətbuat nümayəndələri ilə yanaşı, nümayişdə məşhur bloggerlər və mətbuat nümayəndələri də iştirak edib.

Nümayişdən əvvəl qonaqlar son xəbərlərlə bölüşüb, yeni filmlər barəsində fikirlərini bölüşüblər. Tədbirə dəvət olunanlar press-voll qarşısında şəkil çəkdirmək imkanını da dəyərləndiriblər.

Rejissor Tomas Vinterberqin "Ağlını itirmiş kütlədən uzaq" filmi Tomas Hardinin 1874-cü ildə qələmə aldığı eyniadlı romanı əsasında çəkilib. Məhz bu əsər müəllifə dünya şöhrəti qazandırıb.

Qeyd edək ki, filmin üzərində ulduzlar çalışıb. Belə ki, rejissorun "Ov" filmi "Qızıl qlobus" mükafatına namizəd olub, filmdə çəkilən aktyor Mads Mikkelson isə Kann festivalında "Ən yaxşı kişi roluna" görə mükafat alıb.

"Ağlını itirmiş kütlədən uzaq" filmində "Oskar" mükafatına namizəd və Britaniya akademiyası kino mükafatının sahibi, "Böyük Qetsbi", "Hisslərin tərbiyəsi" və "Drayv" filmlərindən tamaşaçıların diqqətini çəkmiş istedadlı Keri Malliqan, həmçinin aktyorlar Mattias Şonarts, Tom Störric, Maykl Şin və başqaları çəkilib.

Film Batşebe Everdin (Keri Malliqan) adlı güclü, gözəl qızın həyat hekayəsindən bəhs edir. Batşebeyə mirasa böyük ferma qalır, sonradan qəhrəman buranı təkbaşına qaydaya salır və pul qazanır.

Cavan gözəlin bir-birindən kəskin fərqlənən üç pərəstişkarı var: var-yoxdan çıxmış fermer Qabriel Ouk, zəngin qonşu Uilyam Boldvud və cazibədar serjant Frensis Troy.

"Ağlını itirmiş kütlədən uzaq" - klassik əsərin gözəl ekranlaşdırılmasıdır ki, buna da böyük ekranlarda nadir halda rast gəlmək olur.

Batşeba Everdin üç qəhrəmandan hansını seçəcək? Öz xoşbəxtliyini kimdə tapacaq? Kinomanlar bu sualların cavabını iyulun 1-dən "Park Cinema" kinoteatrlar şəbəkəsində tapa biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti