...

İran Azərbaycanda əl işləri satış mərkəzləri yaratmaq istəyir

Mədəniyyət Materials 10 Sentyabr 2015 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran Azərbaycanda əl işləri satış mərkəzləri yaratmaq niyyətindədir. Bu barədə İranın Mədəni irs, Turizm və Əl işləri Təşkilatı rəhbərinin müavini Bəhmən Namvər Mütləq Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundovla görüşündə müzakirə aparıb.

Trend təşkilatın saytına istinadən məlumat verir ki, görüşdə B.N.Mütləq İran və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyindən danışıb və Azərbaycanda İranın iki əl işləri satış mərkəzinin yaradılması üçün şəraitin yaradılmasını istəyib: "Azərbaycanla oxşar mədəniyyətimiz olduğu üçün əl işləri sahəsində geniş əməkdaşlıq üzrə potensial var. İki ölkə müştərək layihələr həyata keçirə bilər və müştərək satış mərkəzləri yarada bilər".

İran rəsmisi xüsusilə də ipəkçilik sahəsində birgə məhsullar istehsal etmək imkanından danışıb: "Ümid edirik ki, hər iki ölkədən əl işləri sahəsində çalışan qruplar qarşılıqlı səfərlər edərək iki ölkənin bu sahədə əməkdaşlığını artıracaqlar".

Səfir C.Axundov isə Azərbaycan və İran universitetlərində iki ölkənin əl işləri sahəsində kitab, broşür və elmi yazıların dərc olunmasının vacibliyini qeyd edib. O, hər iki ölkənin əl işlərinin tanınması üçün qarşılıqlı sərgilərin təşkilinin önəmli rol oynadığın vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti