...

Məşhur “Fourplay” caz kvarteti Heydər Əliyev Sarayında konsert verib

Mədəniyyət Materials 28 Oktyabr 2015 11:27 (UTC +04:00)
Amerikanın məşhur “Fourplay” caz kvarteti Heydər Əliyev Saraynda çıxış edib.
Məşhur “Fourplay” caz kvarteti Heydər Əliyev Sarayında konsert verib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elmir Murad/

Amerikanın məşhur "Fourplay" caz kvarteti Heydər Əliyev Saraynda çıxış edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə daxil olan məlumata görə, Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən konsert bu musiqi kollektivinin 25 illiyinə həsr edilib.

"Fourplay" kvarteti "smooth jazz" üslubunda çıxış edən parlaq qruplardan biridir. Kollektiv 25 illik uğurlu fəaliyyəti nəticəsində geniş tamaşaçı auditoriyası tərəfindən tanınıb və böyük kommersiya uğuru əldə edib.

1990-cı ildə yaradılmış qrup dünya musiqisevərlərinin diqqətini cəlb edən albomlar buraxır, qastrollara gedir və caz festivallarında çıxış edir.

"Fourplay" kvarteti bir neçə nominasiyada "Grammy Awards", habelə musiqi industriyasının inkişafına verdiyi mühüm töhfəyə görə ABŞ-ın "Congressional Record" fəxri mükafatına layiq görülüb.

Kvartet konsertdə müxtəlif illərin albomlarından əsərlər ifa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti