...

Şən və Hazırcavablar Klubları arasında çempionat baş tutub (FOTO)

Mədəniyyət Materials 9 Noyabr 2015 10:56 (UTC +04:00)
“ASAN Könüllülər” Təşkilatı və ŞHK Azərbaycan Liqasının birgə təşkilatçılığı ilə “ASAN Könüllüləri Kuboku” uğrunda Şən və Hazırcavablar Klubları arasında Respublika Gənclər Çempionatı keçirilib.
Şən və Hazırcavablar Klubları arasında çempionat baş tutub (FOTO)

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir Elmir Murad/

"ASAN Könüllülər" Təşkilatı və ŞHK Azərbaycan Liqasının birgə təşkilatçılığı ilə "ASAN Könüllüləri Kuboku" uğrunda Şən və Hazırcavablar Klubları arasında Respublika Gənclər Çempionatı keçirilib.

"ASAN" Xidmətdən Trend-ə daxil olan məlumata görə, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən çempionatda ümumilikdə 7 komanda iştirak edib.

8 Noyabr-Şən və Hazırcavablar gününə təsadüf edən turnirdə "Politex", "BDU", "Baku fm" , "Miraj", "ASAN Könüllüləri", "Uoll strit" , "Kuraj", komandaları mübarizə aparıblar.

Komandaları Parni iz Baku komandasının üzvləri İlqar Nəbiyev və Yana Nikitina, teleaparıcı Emin Musəvi, bəstəkar İsa Məlikov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan ŞHK Liqasının rəhbəri Rəşad Əzizovun iştirak etdiyi münsiflər heyəti qiymətləndirib.

İştirakçılar 4 konkurs - Salamlama, kapitanların yarışı, isinmə və video dublyaj üzrə qiymətləndiriliblər.

Böyük səhnədə debüt edən "ASAN Könüllüləri" klubu münsiflərin səsverməsi nəticəsində ən çox xal toplayaraq qələbə qazanıb.

Çempionatın kuboku, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev tərəfindən qalib komandaya təqdim olunub.

Qeyd edək ki çempionatın keçirilməsində əsas məqsəd dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmin edilməsi , ölkə gənclərində sağlam yumor hissinin formalaşdırılması və əhalinin asudə vaxtının səmərəli təşkil edilməsidir.

Trend, Day.az və Milli.az layihəyə informasiya dəstəyi göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti