...

Bakıda "Afina gecələri"

Mədəniyyət Materials 15 Dekabr 2015 10:17 (UTC +04:00)
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Pyotr Qladilinin pyesi əsasında hazırlanan "Afina gecələri" tamaşasının premyerası olacaq.
Bakıda "Afina gecələri"

Bakı. Trend:

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Pyotr Qladilinin pyesi əsasında hazırlanan "Afina gecələri" tamaşasının premyerası olacaq.

Teatrdan Trend-ə verilən məlumata görə, tamaşa 2016-cı il yanvarın 17-də nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı, əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, musiqi tərtibatı, əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir. Geyim üzrə rəssam Olqa Abbasovadır.

Tamaşada əsas rolları, Azərbaycanın xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Nataliya Şarovski, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov ifa edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti