...

Hüseyn Ərəblinskinin həyatı və sənət yolu tamaşada

Mədəniyyət Materials 20 Fevral 2016 11:16 (UTC +04:00)
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında yazıçı Elçinin "Artıst" tamaşasının premyerası keçiriləcək.
Hüseyn Ərəblinskinin həyatı və sənət yolu tamaşada

Bakı. Cani Babayeva - Trend:

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında yazıçı Elçinin "Artıst" tamaşasının premyerası keçiriləcək. Tamaşa Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinskinin həyatı və sənət yolundan bəhs edir.

Teatrdan Trend-ə verilən məlumata görə, tamaşanın rejissoru xalq artisti İranə Tağızadədir. Tamaşada baş rolu - Hüseyn Ərəblinski obrazını əməkdar artist Firdovsi Atakişiyev canlandıracaq.

Digər rolları xalq artisti Yuri Baliyev, əməkdar artistlər Firdovsi Atakişiyev, Ayan Mir-Qasımova, Əsgər Rəhimov, Elmira Aslanova, Natəvan Hacıyeva, Teymur Rəhimov, Oleq Əmirbəyov, Murad Məmmədov, Aleksey Saprıkin, Elşad Murtuzov, Yaroslav Trifonov, Tamilla Abutalıbova, Yaqub Zeynalov, Nazim Cabbarov, Zaur İsgəndərov, Fərid Bəhramov, İbrahim Məmmədov, Boris Brodski, İosif Tkaç canlandıracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti