...

Azərbaycanda yeni teatr yaradıldı

Mədəniyyət Materials 17 Mart 2016 11:28 (UTC +04:00)
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nəzdində “Bakı Estrada Teatrı” yaradılıb.
Azərbaycanda yeni teatr yaradıldı

Bakı. Trend:

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nəzdində "Bakı Estrada Teatrı" yaradılıb. Trend-in məlumatına görə,idarənin müvafiq əmrinə əsasən Fariz Qəribxan oğlu Əliyev Bakı Estrada Teatrının direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Əliyev - Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. O, "SOY" prodakşnın hazırladığı "Səs verməyin" şousunun, Atv kanalında yayımlanan "Belə yaxşıdır " və "Tamamla" verilişlərinin ssenaristi, "Yeni Bakılılar" klubunun prezidenti qismində Azərbaycanda keçirilən KVN yarışmalarının təşkilatçısı və baş redaktoru olub. "My name is Intiqam-1", "My name is Intiqam-2" , "Şər qarışanda" filmlərinin ideya və ssenari muəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti