...

BMT-nin baş katibi və Sivilizasiyalar Alyansının ali nümayəndəsi Bakıya səfər edəcək

Mədəniyyət Materials 16 Aprel 2016 14:04 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun və Alyansın ali nümayəndəsi Nasser Abdul Aziz Al Nasser Bakıya səfər edəcək.
BMT-nin baş katibi və Sivilizasiyalar Alyansının ali nümayəndəsi Bakıya səfər edəcək

Bakı. Trend:

25-27 aprel tarixlərində Bakıda keçiriəcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün BMT-nin baş katibi Pan Gi Mun və Alyansın ali nümayəndəsi Nasser Abdul Aziz Al Nasser Bakıya səfər edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, medya və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Qeyd edək ki, sözügedən forumun Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti