...

“Peterburqun Bakı görüşləri ”layihəsi çərçivəsində görüş olub (FOTO)

Mədəniyyət Materials 19 May 2016 17:04 (UTC +04:00)
Mayın 19-da Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vuqar Zeynalov Sankt-Peterburqun Xarici əlaqələr üzrə komitə rəhbərinin müavini Sergey Markov və komitənin xaricdəki həmvətənlərlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi D.İlyinskaya ilə görüşüb.
“Peterburqun Bakı görüşləri ”layihəsi çərçivəsində görüş olub (FOTO)

Bakı. Trend:

Mayın 19-da Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vuqar Zeynalov Sankt-Peterburqun Xarici əlaqələr üzrə komitə rəhbərinin müavini Sergey Markov və komitənin xaricdəki həmvətənlərlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi D.İlyinskaya ilə görüşüb.

İdarədən Trend-ə verilən məlumata görə, V.Zeynalov qonaqlara Azərbaycanın xarici ölkələrlə sıx əməkdaşlıq əlaqələrinin elm, təhsil, mədəniyyət və bir sıra digər sahələrin çoxşahəli inkişafında böyük rol oynadığını söyləyib.

V.Zeynalov bu görüşlərin Azərbayanda multikulturalizm ili elan oldunğu vaxta təsadüf etməsinin də Azərbaycanın ölkələr və xalqlararası əlaqələrə nə dərəcədə önəm verməsinə nümunə olduğunu qeyd edib.

S.Markov Bakını çox bəyəndiklərini, keçirdikləri tədbirlərdən, ustad dərslərindən, görüş və nümayişlərdən məmnun qaldıqlarını, Azərbaycan xalqının yüksək mədəniyyəti və qonaqpərvərliyinə valeh olduğlarını söyləyib.

S.Markov əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədi ilə Sankt-Peterburqda Bakı günlərinin keçirməsini təklif edib.

Görüşdə bir sıra başqa məsələlər də müzakirə olunub.

Səmimi şəraitdə keçən görüşün sonunda V. Zeynalov və S.Markov bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti