...

Bakıda “Bliss ailəsi”... (FOTO)

Mədəniyyət Materials 6 İyun 2016 13:59 (UTC +04:00)
Rus Dram Teatrında “Bliss ailəsi” tamaşasının premyerası olub.
Bakıda “Bliss ailəsi”... (FOTO)

Bakı. Trend:

Rus Dram Teatrında "Bliss ailəsi" tamaşasının premyerası olub. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, premyera Azərbaycanın Əməkdar Artisti Rita Əmirbəyovanın yubileyinə həsr olunub. Səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasovadır. Əsas rolları Xalq Artisti Fuad Poladov və Əməkdar Artist Rita Əmirbəyova ifa edəcək. Səhnə əsərində, həmçinin, Natəvan Hacıyeva, Oleq Əmirbəyov, Lalə Rüstəmova, Maqsud Məmmədov, Milana Sokolenko, Teymur Rəhimov və Mədinə Mullayeva rol alıb.

Komediya özünün və ailəsinin həyatını teatr tamaşasına çevirən keçmiş aktrisanın taleyindən bəhs edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti