...

Beynəlxalq Muğam Mərkəzində “Hüseyn Cavidin yaradıcılığında Musiqi dünyası” adlı tədbir kecirilib

Mədəniyyət Materials 5 İyun 2017 21:41 (UTC +04:00)

Bakı. Trend:

İyunun 2-də Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi əsasında “Hüseyn Cavid yaradıcılığında musiqi dünyası “ adlı musiqili-ədəbi gecə kecirilib.

İlk olaraq tədbirin aparıcısı,bədii qiraətçi,Əməkdar artist,dosent Azad Şükürov H.Cavid yaradıcılıgından və onun poeziyasının Azərbaycan musiqisində və muğamlarımızdakı önəmli yerindən danışıb.

Tədbirdə tamaşaçılara H.Cavidin həyatını əks etdirən videoçarx təqdim olunub.

Gecənin bədii hissəsində ADMİU-nin Muğam sənəti kafedrsının baş müəllimi,Əməkdar artist Nuriyyə Hüseynova ikinci kurs tələbəsi Məftun Səfərli ilə birlikdə çıxış etdilər.Gecədə ADMİU-nin xalq çalğı alətləri ansamblının üzvləri Emil Mirzəyev (tar),Ceyhun Mirzəyev(kamança),Samirə Əliyeva(kanon),Vüqar Əhmədov(ud),Sübhan Əhmədov(balaban),Soltan Məmmədov(nağara) çıxış ediblər.

Gecədə H.Cavidin şeirləri və sözlərinə yazılmış mahnılar,müxtəlif muğamlar üstündə qəzəlləri ifa olunub.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. BMM-in və ADMİU-nun birgə layihələri davam edəcək.

Beynəlxalq Muğam Mərkəzinin yeni möhtəşəm layihəsi-“Muğam axşamları” çərçivəsində iyunun 6-da “Segah” muğamı səslənəcək.

İyunun 7-də isə 2 caz konserti baş tutacaq: Öndər Focan (Türkiyə) və Elçin Şirinov trio qrupu(Azərbaycan).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti