...

İtaliyada Beynəlxalq Film Festivalında Azərbaycan filmi nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 3 Avqust 2017 19:08 (UTC +04:00)
İtaliyanın Ariano İrpino şəhərində Beşinci Ariano Beynəlxalq Film Festivalı (Ariano İnternational Film Festival) çərçivəsində Azərbaycanla bağlı tədbir keçirilib.
İtaliyada Beynəlxalq Film Festivalında Azərbaycan filmi nümayiş olunub (FOTO)

Bakı. Trend:

İtaliyanın Ariano İrpino şəhərində Beşinci Ariano Beynəlxalq Film Festivalı (Ariano İnternational Film Festival) çərçivəsində Azərbaycanla bağlı tədbir keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşı Elmar Bağırov və İtaliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Manuela Traldi çıxış edərək Azərbaycan-İtaliya əməkdaşlığı, o cümlədən mədəniyyət sektorunda mövcud olan yaxın əlaqələr, ölkəmizin zəngin mədəni irsi, kino ənənələri, iqtisadi və turizm potensialı barədə məlumat verilmişlər. Tədbirdə Azərbaycanın turizm potensialını əks etdirən video materiallar göstərilib.

Tədbirin sonunda “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Nabat” bədii filmi nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti