...

"Miss Top Model Azerbaijan-2018" milli top-model müsabiqəsinə ərizə qəbulu başlayıb

Mədəniyyət Materials 5 Sentyabr 2017 20:55 (UTC +04:00)
Müsabiqəyə model biznesinə yeni qoşulmaq istəyənlərlə yanaşı, Azərbaycanda və xaricdə kifayət qədər tanınmış yerli modellər qatıla bilərlər.
"Miss Top Model Azerbaijan-2018" milli top-model müsabiqəsinə ərizə qəbulu başlayıb

Bakı. Trend:

«Miss Top Model Azerbaijan-2018» milli top-model müsabiqəsinə ərizə qəbulu başlayıb.

Trend-in məlumatına görə, "Miss Top Model Azerbaijan"ın digər müsabiqələrdən fərqi ondan ibarətdir ki, bu müsabiqəyə model biznesinə yeni qoşulmaq istəyənlərlə yanaşı, Azərbaycanda və xaricdə kifayət qədər tanınmış yerli modellər qatıla bilərlər.

Qeyd edək ki, birinci müsabiqənin finalı 17 iyunda keçirilib və «Miss Top Model Azerbaijan-2017»-ın qalibi adına Ceyhunə Əliyeva layiq görülüb.

Seçim turları sentyabr ayının sonlarında baş tutacaq. Müsabiqənin finalı isə gələn ilin yazında keçiriləcək. Finala hazırlıq zamanı modellərlə peşəkar xoreoqraflar, quruluşçu-rejissorlar, fotoqraflar və dizaynerlər məşğul olacaqlar. Müsabiqədə 17-26 yaş arası, subay və yalnız Azərbaycan vətəndaşı olan xanımlar iştirak edə bilərlər.

Müsabiqənin iştirakçıları qiymətli hədiyyələrlə yanaşı, ölkəmizin şou-biznesinə və dəb sənayesinə qatılmaq şansı əldə edəcəklər.

"Miss Top Model Azerbaijan" adını qazanan iştirakçı ölkəmizi beynəlxalq "Miss Top Model of the World" müsabiqəsində təmsil etmək hüququnu qazanacaq.

"Miss Top Model Azerbaijan"da iştirak etmək üçün ərizə qəbulu müsabiqənin rəsmi saytında anket doldurulmaqla həyata keçirillir: http://www.misstopmodel.az/form

Xəbər lenti

Xəbər lenti