Bakı. Trend:
7-10 noyabr tarixlərində "Azerbaijan Fashion Week" Azərbaycan moda sənayesinin inkişafına biganə qalmayanlar üçün qapılarını açır.
Məqsədimiz – həm yerli, həm xarici dizaynerlərin birləşməsi və yaradıcılıqlarını nümayiş etdirmək üçün platformanın yaradılmasıdır.
Tədbirlərimizdə dizaynerlərdən əlavə, moda ekspertləri və KİV nümayəndələri də iştirak edir.
Üç gün ərzində fəslin ən yaxşı kolleksiyaları və yeni cəsarətli dizayn ideyaları ilə tanış olma imkanına nail olacaqsınız.
Altıncı sezonun hedlaynerləri Oriental Fashion Show dizaynerləri olacaq. Oriental Fashion Show Parisdə yaradılan və bütün dünyaya Şərq dizaynerlərini təqdim edən unikal bir layihədir. Bu layihə çərçivəsində Azərbaycana Yaxın Şərqdən üç dizayner təşrif buyuracaq.
AFW çərçivəsində həmçinin “Wedding Fair”, gəlinlik yarmarkası keçiriləcək, ümidvarıq ki, bu layihə də ənənəyə çevriləcək.
Azerbaijan Fashion Week ildə iki dəfə - may və noyabr aylarında keçirilir. Bu artıq altıncı fəsildir və tədbirlərimiz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Azərbaycan Moda Həftəsinin rəsmi avtomobil tərəfdaşı AUDİ brendidir.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az