...

Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək

Mədəniyyət Materials 18 Yanvar 2018 20:00 (UTC +04:00)
Fevralın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti, Əməkdar İncəsənət Xadimi Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək.
Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək

Bakı. Trend:

Fevralın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti, Əməkdar İncəsənət Xadimi Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək.

Trend-in məlumatına görə, yubiley gecəsində xalq artistləri, əməkdar artistlər və məşhur ifaçılar iştirak edəcək. Konsertdə tamaşaçılar musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın biri-birindən gözəl və sevilən musiqilərini dinləyəcək. Gecədə bəstəkarın uzun illər görkəmli ifaçılar tərəfindən səsləndirilən bənzərsiz və təkrarsız mahnıları, unudulmaz bəstələri – “Bilməzdim”, “Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Bakının işıqları”, “Sevgilim tut əlimdən”, “Mehribanım”, “O gözlər, o gözlər”, “Gəl barışaq”, “Qurban Verərdim”, “Daha məndə dözüm yox”, “Yoxluğunu bilə-bilə”, “Ey vətən” və digər nəğmələri səsləndiriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-80 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti