...

Azərbaycan nümayəndələri İstanbulda “İlin adamı” mükafatına layiq görülüblər – Rəngarəng dəfilə (FOTO)

Mədəniyyət Materials 6 Aprel 2018 21:47 (UTC +04:00)
İstanbulun “Wow İstanbul" otelində "İpekyolu Yılın Altın Adamları" beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.
Azərbaycan nümayəndələri İstanbulda “İlin adamı” mükafatına layiq görülüblər – Rəngarəng dəfilə (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

İstanbulun “Wow İstanbul" otelində "İpekyolu Yılın Altın Adamları" beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, mükafat TÜRKSOY və “İpekyolu” strateji araşdırmalar mərkəzi tərəfindən təsis edilib.

“İpekyolu” mərkəzinin rəhbəri Seyfulla Türksoy mərasimin açılışında qonaqları salamlayaraq bildirib ki, mükafat türk dünyasında ictimai-siyasi həyat, mədəniyyət, elm, biznes və KİV-in inkişafına göstərilən töhfəyə görə 14-cü dəfə təqdim edilir. Mərasimin aparıcıları Neslihan Maltepe (Türkiyə) və Lətafət Ələkbərova (Azərbaycan) olublar. Qonaqlara tanınmış dizayner Gülnarə Xəlilovanın Azərbaycan milli geyimlərindən ibarət dəfiləsi nümayiş olunub.

Mərasimdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Rumıniya, Bosniya və Herseqovina, Gürcüstan, Niderland və digər ölkələrin nümayəndələri iştirak ediblər. Onlara müxtəlif nominasiyalarda "İpekyolu Yılın Altın Adamları" mükafatları verilib.

Azərbaycan nümayəndələri arasında Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov ''Diplomasi Onur Ödülü'' nominasiyasında, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova 'Türk Dünyasında Yılın Modacısı'' nominasiyasında, teleaparıcı Lətafət Ələkbərova “Program Sunumu Özel Ödülü'” nominasiyasında, Aynur Quliyeva isə ''Turizm Sektörü Özel Teşvik Ödülü'' nominasiyasında mükafata layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti