...

Gənc Tamaşaçılar teatrı yeni tamaşa hazırlayır

Mədəniyyət Materials 13 Aprel 2018 01:50 (UTC +04:00)
Bu il özünün 90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti yeni tamaşanın hazırlanmasına start verib.
Gənc Tamaşaçılar teatrı yeni tamaşa hazırlayır

Bakı. Trend:

Bu il özünün 90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti yeni tamaşanın hazırlanmasına start verib.

Teatrdan Trend-ə verilən məlumata görə, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunub və hazırlanması nəzərdə tutulan “Tənbəl Əhməd” adlı əsər gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır. Tamaşanın quruluşçu rejissoru gənc rejissor Ayla Osmanova, quruluşçu rəssam Telman Şıxıyev, plastik həlli Ceyhun Dadaşova məxsusdur.

Tamaşada əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Zümrüd Quliyeva, Anar Seyfulayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və başqaları iştirak edəcəklər.

Tamaşanın baxışı may ayının 31-də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti