...

Gülnarə Xəlilovanın “Turan” kolleksiyası Qırğızıstanda Ümumdünya Köçəri Oyunlarında sərgilənəcək (FOTO)

Mədəniyyət Materials 31 Avqust 2018 20:18 (UTC +04:00)
Kolleksiya modelyerin ərsəyə gətirdiyi 15-dən artıq milli və müasir moda nümunələrindən ibarətdir.
Gülnarə Xəlilovanın “Turan” kolleksiyası Qırğızıstanda Ümumdünya Köçəri Oyunlarında sərgilənəcək (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın “Turan” kolleksiyası 2-8 sentyabr tarixində Qırğızıstanda keçiriləcək III Ümumdünya Köçəri Oyunları və Beynəlxalq Etnomədəniyyət Festivalında sərgilənəcək.

Bu barədə Trend-ə Azərbaycan Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Səfər Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib. Kolleksiya modelyerin ərsəyə gətirdiyi 15-dən artıq milli və müasir moda nümunələrindən ibarətdir.

G.Xəlilovanın sözlərinə görə, köçəri xalqların milli geyimi köçərilərin maddi mədəniyyətinin bir hissəsidir, məhz müasir insanın etnomodası müxtəlif milli və mədəni birliklərin nümayəndələri və nəsilləri arasında dialoqu əks etdirir

“Köçərilərin kainatı” beynəlxalq etnomədəniyyət festivalı III Ümumdünya Köçəri Oyunlarının mədəniyyət proqramını özündə birləşdirir. Təxminən 30 ölkənin nümayəndəsi etnofestivalda iştirak edəcək. Əsas məqsəd köçəri xalqların etnomədəniyyətini düna sivilizasiyanın ayrılmaz hissəsi kimi qorumaq, qloballaşma dövründə ümumdünya etnomədəniyyət hərəkatı çərçivəsində köçəri xalqların və dünya etnoslarının etnomədəniyyət ənənələrini beynəlxalq səviyyədə irəli çəkmək, inkişaf etdirmək və populyarlaşdırmaqdır.

Olimpiadanın unikal analoqu olan Ümumdünya Köçəri Oyunları ilk dəfə 2014-cü ildə keçirilib. Yarışlar Issık-Kul gölünün sahilində keçiriləcək. Oyunlarda dünyanın 80 ölkəsindən olan 3000-dən artıq idmançı iştirak edəcək. Oyunların proqramına 37 milli idman növü – oxatma, Şərq stolüstü oyunlar, at yarışları, er eniş (at üstündə güləşmə), cirit (at üstündə nizələrlə döyüş), təkbətək döyüş və s. Qadınlar Oyunlarda təkcə etnomoda və etnomətbəxi təmsil etməyəcəklər, onlar həm də məsələn, oxatmada yarışacaqlar. Həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti də keçiriləcək.

Təşkilatçı YUNESKO-nun dəstəyi ilə Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti