...

Gənc Tamaşaçılar Teatrında "Bremen musiqiçiləri"nin premyerası olacaq (FOTO)

Mədəniyyət Materials 6 Oktyabr 2018 02:27 (UTC +04:00)

Bakı. Trend:

Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun «Bremen musiqiçiləri» (tərcümə - Nicat Kazımov) pyesi əsasında eyniadlı tamaşanın məşqləri gedir.

Teatrdan Trend-ə verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur. Quruluşçu rəssam Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradova, rejissorlar Gülnar Hacıyeva və Müşviq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada rolları Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov, Araz Primov, Müşviq Əliyev, Tahir İsmayılov, Yusif Dadaşov, Nuranə Hüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov, Tahir İsmayılov, Yusif Dadaşov, Nuranə Hüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva ifa edirlər.

“Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Uşaqlar üçün nəzərdə tutulmuş tamaşa böyüklərin də marağına səbəb olacaq. Quruluşçu rejissor Nicat Kazımov bu məqamı belə şərh edib: “Rəhbərlik bu əsərə quruluş verməyimi təklif edəndə çox böyük məmnuniyyətlə qarşıladım. Çünki bizim uşaqlığımıza aid olan bu cizgi filmi həqiqətən saf duyğular, isti hisslər oyadır. Bu gün uşaqlar üçün çəkilən cizgi filmlərində daha çox hadisə, hərəkət üstünlük təşkil edir. Amma biz daim çalışırıq ki, qurduğumuz tamaşalar balacaların duyğularını da tərbiyə etsin, onlarda pozitiv ovqat yaratsın. Hətta tamaşaçılarımız istifadə olunan musiqilərin də necə həssaslıqla seçildiyini müşahidə edəcəklər. İstəyirik ki, dinamika, oyun və əlbəttə xoşbəxt sonluq hər kəsdə xoş hisslər oyatsın. Həmçinin onu da qeyd etməliyəm ki, tamaşanın uşaqlarla bərabər böyüklər üçün də maraqlı olmasına çalışırıq”.

Qeyd edək ki, tamaşanın premyerası dekabr ayına nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti