...

“Zülmətdə nur” Bakı tamaşaçıları üçün (FOTO)

Mədəniyyət Materials 9 Oktyabr 2018 21:21 (UTC +04:00)
Əsər 37-ci ilin repressiyalarının qurbanı olmuş filosof-şair, dramaturq Hüseyn Cavidin faciəli həyatını əks etdirir.
“Zülmətdə nur” Bakı tamaşaçıları üçün (FOTO)

Bakı. Trend:

50 illiyini qeyd etməyə hazırlaşan Sumqayıt Dövlət Dram Teatrı yubiley ərəfəsində - oktyabrın 8-də N.Muradoğlunun "Zülmətdə nur" tamaşası ilə paytaxt tamaşaçıları ilə görüşə gəlib.

Teatrdan Trend-ə verilən məlumata görə, əsər 37-ci ilin repressiyalarının qurbanı olmuş filosof-şair, dramaturq Hüseyn Cavidin faciəli həyatını əks etdirir. Eyni zamanda süjet xəttində Cavidin müasirləri, əqidə və qələm dostları Əhməd Cavad, Mikayıl Müşfiq və onların ailələrinin əzablı anları təsvir olunur. Tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmovdur.

Rollarda əməkdar artistlər Rauf Ağakişiyev, İlahə Səfərova, İzaməddin Bağırov, Cəlal Məmmədov, aktyorlar Habil Xanlarov,Oqtay Mehdiyev, Şəmistan Süleymanlı, Şəhla Məmmədova, İlham Səfərli, Dağlar Rüstəmov və başqaları çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti