...

“Azərbaycan xalq mahnıları” festivalının növbəti konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 12 Oktyabr 2018 20:19 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilən “Mədəniyyət” kanalının “Azərbaycan xalq mahnıları” adlı festivalı çərçivəsində növbəti konsert olub.
“Azərbaycan xalq mahnıları” festivalının növbəti konserti keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilən “Mədəniyyət” kanalının “Azərbaycan xalq mahnıları” adlı festivalı çərçivəsində növbəti konsert olub.

Trend-in məlumatına görə, konsertdə Xalq artisti, tarzən Ramiz Quliyev, pianoçu Nizami Əliyev, pianoçu Leyla Əliyeva və qarmonda Seymur Həsənov xalq mahnılarını yeni aranjemanda tamaşaçılara təqdim ediblər.

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, oktyabrın 8-dən başlanan festival ayın 12-də yekunlaşacaq.

“Azərbaycan xalq mahnıları festivalı” çərçivəsində azərbaycan xalq mahnıları müxtəlif səpgidə tamaşaçılara təqdim olunub və olduqca maraqla qarşılanıb.

Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində dünyaca məşhur caz ustası, pianoçu Leonid Ptaşkanın konserti keçiriləcək. Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və İticket. az (online) saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti