Rasim Ocaqov – 85: Məşhur aktyorların və dostlarının maraqlı xatirələri (FOTO)

Rasim Ocaqov – 85: Məşhur aktyorların və dostlarının maraqlı xatirələri (FOTO)

Bakı. Vüqar İmanov – Trend:

Mən hər mənada xoşbəxt insanam. Doğulduğum vaxt və yer baxımından da, kinoya gəlməyim, çəkdiyim kinolar, kimlərlə işləməyim baxımından da. Ailəmdə də xoşbəxtəm. Xoşbəxt insan olmaq həyatın fenomenal hadisəsidir. Rasim Ocaqov

Vaxt keçir, nəsillər bir-birini əvəzləyir, tamaşaçılar dəyişir, lakin görkəmli kinorejissor və operator, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun filmlərinə maraq azalmır. Noyabrın 22-si onun 85 yaşı tamam olacaqdı...

1933-cü il noyabrın 22-də Şəkidə doğulmuş R.Ocaqov məktəbi bitirdikdən sonra Moskvaya gedir və ölkənin ən elit ali məktəblərindən olan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu yüksək nəticələrlə başa vurur. Bakıya qayıtdıqdan sonra 1970-80-ci illərin Azərbaycan kinosunun inkişafına böyük töhfə verir. Onun filmləri ən nüfuzlu Azərbaycan, ümumittifaq və beynəlxalq mükafatları qazanır və ən əsası, onun filmləri növbəti onilliklər üçün Azərbaycan kinematoqrafiyasının simasını müəyyən edir. R.Ocaqovun filmləri olmadan həmin dövrün kinematoqrafiyası gövdəsiz budaqlar kimi, ümumi qayəsi olmayan ayrı-ayrı kinolentlərə parçalanır. Onunla işləyən və təkcə Azərbaycandan yox, Rusiya, Türkiyə, Gürcüstan, Moldova və digər ölkələrdən olan aktyorlar rejissorun tamaşaçı məhəbbəti qazanmış, kino sənətinin təkrarolunmaz səhifələrinə çevrilmiş filmlərində çəkilməkdən qürur duyduqlarını bildiriblər. O, dünya kino ənənələrindən məharətlə yararlanan kinematoqrafiya nümayəndələrindən olub. R.Ocaqovun filmlərinin üslubu digərlərindən fərqlənir: kadrın dəqiq kompozisiyası, dramatik epizodlarda görüntünün dəqiq qrafik cilalanması və lirik epizodlarda təsirli əlvan effektlər. Onun rejissorluq işində operator Ocaqovun yenilikləri ilə qanunauyğun əlaqə görünür.

R.Ocaqov eyni zamanda çox təvazökar insan olub və işləri ilə danışmağa üstünlük verib. Belə də olub: Ocaqov kinosu milli kinematoqrafiya tarixinin ən parlaq səhifələrindən biridir.

Trend oxucularına R.Ocaqovun dostlarının və aktyorların onun şəxsiyyətinin böyüklüyünü, peşəkar və ən əsası, insani keyfiyyətlərini göstərən maraqlı xatirələrini təqdim edir.

Aleksandr Kalyagin – Rasim Ocaqovun dörd filmində - “İstintaq”, “Bağlı qapı”, “Park”, “Özgə ömür” filmlərində çəkilib. “İstintaq” filmindəki roluna görə 1981-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülüb:

"Mənim üçün Rasim Ocaqov çox dəyərli adam idi. Həyatda ən unudulmaz, xoşbəxt günlərim onunla işlədiyim anlardır. Ondan insana yalnız müsbət enerji gəlirdi. O, çox şən, yüksək istedada malik bir insan idi. Ən əsası isə onda Şərq müdrikliyi vardı. Onun sevgisinin sərhədi yox idi. Mən onun bir neçə filminə çəkilmişəm.

Filmlərdə onun düzlüyü, vətəndaş mövqeyi məni valeh edirdi. Heç yadımdan çıxmaz: "İstintaq" filmində çəkilərkən elə anlar olurdu ki, o, heç cür güzəştə getmirdi, heç yerdə yalan danışmırdı. O zaman etiraf etdim ki, əgər mənim həyatımda müstəntiq Qəniyev olmasaydı, hər şey dəhşətli olardı. Ona görə yox ki, bu rola görə SSRİ Dövlət mükafatı almışam, ona görə ki, bu rol mənə həm insan, həm də artist kimi çox şey verdi. Xüsusilə vurğulayım ki, rejissorlar müxtəlif olur, amma Rasim Ocaqov təkcə böyük ustad yox, həm də böyük insan olub. Mən onunla işləməkdən çox xoşbəxt idim".

Rodion Naxapetov – Rasim Ocaqovun “Bağlı qapı” filmində baş rolda çəkilib:

“Rasim Ocaqovun məni bu rola seçməsinin tarixçəsi var. Mənim kinoda imicim həmin rola qədər formalaşmışdı. Bu, film üçün vacib idi. Mən ideya daşıyıcısı idim – şər qarşısında uduzmaq hüququ olmayan xeyir. Amma bu, birinci örtükdür. Təbii ki, çəkilişlər zamanı biz daha dərinə nəzər salırdıq. Həmin vaxt rejissorluğa meyillənmişdim və Rasim Ocaqovun peşəkar addımlarını təhlil edirdim. Mənə ən xoş gələn onun xeyirxah mühit yaratmaq qabiliyyəti idi və bu, aktyora özünü göstərmək imkanı verirdi. Heç bir əmr, heç bir göstəriş yox idi. Qısa və anlaşılan izahlar verirdi. Hər şey sakit, təşvişsiz, əsəbsiz, ədəbazlıq olmadan gedirdi. Aktyor onun üçün çəkiliş yoldaşı deyil, sanki filmin həmqurucusu idi. Buna görə mən Rasim Ocaqova minnətdaram”.

Yuri Yakovlev – Rasim Ocaqovun “Qətldən yeddi gün sonra” filmində iştirak edib.

“Mən aktyora hörmət edən, onun rola yanaşma tərzini anlayan rejissorlarla işləməyi xoşlayıram. Rasim Ocaqov da çəkildiyim "Qətldən yeddi gün sonra" filminin çəkiliş meydançasında belə idi. O elə bir mühit yaratmışdı ki, insanlar bir yerdə işləməkdən məmnunluq duyurdular. Bizdə qarşılıqlı hörmət hissi yaranmışdı.

Rasim Ocaqov öz əqidəsində azad olan insanlardan idi, heç bir partiya və ideoloji öhdəliyə tabe olmurdu. O, yalan danışmırdı, ikiüzlülük etmirdi və özünü xoşbəxt insan hesab edirdi”.

David Uplisaşvili – “Ad günü” filmində baş rolu oynamış gürcü aktyor:

“Əli obrazına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşəm və buna görə çox minnətdaram. Əli obrazının uğurlu alınmasında mərhum kinorejissor Rasim Ocaqovun böyük rolu oldu. Əziz insan kimi onu hər zaman yad edirəm. O, mənə Əlinin xarakterini yaratmağa çox kömək etdi.

Filmdə Əlinin digər əsas qəhrəman Mustafa ilə ilk görüş səhnəsini lentə alırdıq. Bunun üçün bir binadakı mənzilə daxil olduq. Mən qrimdə idim. Mənzildə yaşayan şəxs mənimlə Azərbaycan dilində danışmağa başladı. Ona mənim gürcü olduğumu dedilər. O isə cavabında “Necə yəni gürcü? O, əsl azərbaycanlıdır!” deyə reaksiya verdi.

Əlinin balıq axtardığı bazar səhnəsi lentə alınarkən çəkiliş gizli aparılırdı. Satıcılar azərbaycanlı olduğumu zənn edib, mənimlə Azərbaycan dilində danışırdılar. Mən isə onlarla rusca söhbət edirdim. Yadımdadır ki, filmin son epizodu çəkilərkən Əli qarmon çalmalı idi. Mən də qarmon çalmağı bacarmırdım. Rasim Ocaqov Azərbaycanın tanınmış qarmon ifaçısını dəvət etdi. Onun adı təəssüf ki, yadımda qalmayıb. O, mənə 2-3 dəfə qarmonda ifa etməyi göstərdi. Mən onu diqqətlə müşahidə etdim. Çəkiliş meydançasında qarmonu mənə verdilər və üç dubla həmin epizod uğurla çəkildi.

Ümumiyyətlə, Rasim Ocaqov çəkiliş meydançasında elə mühit yaratmışdı ki, bütün komanda bir ailə kimi idi. Bütün yaradıcı heyət arasında çox mehriban və dost münasibətlər var idi. Heç bir ayrı-seçkiliyə yol verilmirdi. Ən əsası isə Bakıda yaxşı dostlar qazandım. Bakını öz doğma şəhərim kimi çox sevirəm”.

Meral Konrat – “Təhminə” filmində baş rolun ifaçısı, türkiyəli ulduz:

“Mən Rasim Ocaqovu çox sevirdim, çünki qeyri-adi insan, möhtəşəm rejissor idi. Xoşbəxtəm ki, tale mənə bu cür insanla tanış olmaq şansı verdi. Azərbaycan bu cür şəxsiyyətlə qürur duymalıdır! O, bizə atalıq qayğısı ilə yanaşırdı. Onun filmlərinin birində çəkilmək mənim üçün böyük şərəfdir. Məni Azərbaycanda hələ də Təhminə kimi tanıyırlar, mən bundan çox məmnunam. Ömrüm boyu Rasim müəllimin ruhunun şad olması üçün dua edəcəyəm. Hesab edirəm ki, Rasim Ocaqov bir məktəbi ifadə edirdi və mən bu məktəbin layiqli şagirdiyəm”.

Fəxrəddin Manafov – Rasim Ocaqovun “Qətldən yeddi gün sonra”, “Park”, “Təhminə”, “Otel otağı”, “Ölsəm, bağışla”, “Özgə həyat” filmlərində çəkilib:

“Rasim Ocaqov çox xeyirxah, maraqlı insan idi. Onu qüsursuz zövq və kollektivə bağlılıq fərqləndirirdi. İlk baxışdan tərki-dünya təsiri bağışlasa da, çox həssas idi. Mən telefonu qaldıranda və onun “Necəsən, Fərhad?” sualını eşidəndə özümü xoşbəxt hiss edirdim. Rasim Ocaqovsuz, onun filmləri olmadan mən kino aktyoru kimi sözümü deyə bilməzdim. Əlbəttə, yaradıcılıq mübahisələrimiz də olurdu. Amma mən hər dəfə ona yaxınlaşər, qucaqlayıb öpürdüm.

Bir dəfə Rasim Ocaqovdan soruşmuşdular ki, kino sizin üçün nədir? O fikirləşib cavab vermişdi: taxikardiya, işemiya, infarkt. Onu hamı çox sevirdi və hörmət edirdi. Mən Tanrıya minnətdaram ki, Rasim Ocaqov kimi müəllimim olub”.

Hacı İsmayılov – 1977-ci ildə kinoda ilk rolunu Rasim Ocaqovun “Ad günü” filmində oynamaqla milyonların sevimlisinə çevrildi. Sonra rejissorun daha 4 filmində – “Bağlı qapı”, “Özgə həyat”, “Ölsəm, bağışla” və “Həm ziyarət, həm ticarət” filmlərində çəkilib:

“Mənim həyat və yaradıcılığımda Rasim Ocaqov böyük rol oynayıb. O, məni kinoya gətirən adam olub. Mənə kinematoqrafiyanın sirlərini açıb. 1976-cı il idi. “Azərbaycanfilm” kinostudiyasında idim. Həmişə rejissor və ssenari müəlliflərinin toplaşdığı bufetdə çay içirdim. Qəflətən rejissor mənə yaxınlaşdı: “Yeni bir film çəkirəm. “Ad günü” filminə fotosınaq üçün gəl, səni dəvət edirəm”. Sonradan bildim ki, o məni kənardan izləyirmiş. Çəkilişə səhər saat 7-də gəlməyimi tapşırmışdı. Mən gələndə yalnız xadimələri görürdüm. Kostyumçu saat 8-də gəlirdi, mən paltarımı dəyişirdim. Bir saat sonra isə qrimçi gəlirdi. Sonra başa düşdüm ki, Rasim Ocaqov mənə tez gəlməyi qəsdən tapşırıb. Axı tək qalanda özüm-özümlə məşq edirdim.

Rasim Ocaqov yaradıcılığı bütöv məktəbdir. O, öz həyatı və filmləri ilə bizi bu gün də isidən ocaqdır. Rasim Ocaqov həmişə deyirdi ki, məqsədim ədalətli film çəkməkdir. Onun filmlərində dərin vətənpərvərlik hiss olunurdu”.

Rasim Balayev – R.Ocaqovun “Qatır Məmməd”, “İstintaq”, “Həm ziyarət, həm ticarət” filmlərində çəkilib və Kinematoqrafçılar İttifaqında birgə işləyiblər:

Əgər ssenari onun xoşuna gəlmirdisə, deyirdi ki, "mənlik deyil". Mən kinostudiyada bir çoxlarını tanıyırdım, onlara nə təklif edirdilərsə, qəbul edirdilər: həm komediya, həm nağıl, həm dram, bir sözlə, hər şey. Çəkiliş meydançasında həddən artıq ciddi idi. Mən çox şeyləri ondan öyrənmişəm. Mən rola girəndə teatrdakı kimi alınırdı. Onda Rasim məni saxlayırdı. Deyirdi ki, kino sadəliyi sevir. Kinoda zərif oynamaq lazımdır.

Biz Rasim Ocaqovu yoxluğunu hiss edirik və vaxt keçdikcə daha çox hiss edəcəyik. Mənim təsəllim odur ki, o, yaxşı həyat yaşadı və gözəl əsərlər yaratdı. Gənc nəsil, kino adamları, aktyorlar hər zaman onun əsərlərinə müraciət edəcəklər”.

Şəfiqə Məmmədova – R.Ocaqovun “Ad günü” və “İstintaq” filmlərində rol alıb:

Biz onunla dost idik. Mən onu həm insan kimi, həm də kinorejissor kimi çox yüksək qiymətləndirirdim. Mənə o qədər sevinc bəxş etmişdi ki... Ən yaxşı rollarım onunla və onun filmləri ilə bağlıdır. Azadlıq, özünəinam bəxş etmişdi mənə. Demək olar ki, hər gün onunla söhbət edirdim. Onunla görüşəndə həmişə deyirdim: "Nədir, yenə siqaret çəkirsən, axı bu sənə ziyandır!" Cavabında isə gülür və deyirdi: "İndi olar!”

Azərbaycan kinematoqrafiyasında ada var. Bu adanın adı “Rasim Ocaqov filmləri”dir. Onunla işləmək böyük xoşbəxtlik idi”.

Anar – görkəmli yazıçı, onun ssenariləri əsasında Rasim Ocaqovun “Təhminə” və “Həm ziyarət, həm ticarət” filmləri çəkilib:

“Mən Rasim Ocaqovu uzun illərdir tanıyırdım. Biz Moskvada oxuyarkən tanış olmuşduq. O, mükəmməl operator olduqdan sonra rejissor olmaq arzusundan əl çəkmirdi. Mən onun filmlərini, iş üslubunu, yaradıcı yanaşmasını bəyənirdim. Onunla iki filmdə məmnuniyyətlə çalışmışam.

Rasim Ocaqovun bütün fikirləri, bütün həyatı kino ilə bağlı idi. O, ailəsini, dostlarını çox sevirdi. Amma ən çox KİNOnu sevirdi. Ən ideal rejissor, gözəl insan, fədakar dost idi, lakin çəkiliş meydançasına gələndə onun fikrini dəyişmək çox çətin olurdu. Bizim fikirlərimiz hər zaman 100 faiz üst-üstə düşməsə də, mən onunla birgə işimizi minnətdarlıqla xatırlayıram”.

Emin Sabitoğlu – görkəmli bəstəkar, Rasim Ocaqovun filmlərinə musiqilərin müəllifi:

Mən onu bir insan, dost və böyük - ustad kinorejissor, fikir adamı kimi çox yüksək qiymətləndirirəm. O, Azərbaycanda ən yaxşı kinorejissorlardan biridir. Mən Rasim Ocaqovun 10 tammetrajlı bədii filminə musiqi yazmışam. O mənə ssenari verirdi və hansı xarakterdə musiqi yazmaq lazım olduğunu tapşırırdı.

O, həyatda yumşaq qəlbli olsa da, işdə tamam başqa adam olurdu. Yadımdadır ki, onun on filminə yüzdən çox mövzu yazmışam. Rasim Ocaqov çox tələbkar idi. Mən onunla niyə mübahisə etməliydim? Rejissor sifarişçidir. O, yekun nəticəni əvvəlcədən görən tək adamdır. Mən də məmnuniyyətlə ona qulaq asırdım”.

Rasim Ocaqovun filmlərinin operator Rafiq Qəmbərov və Kənan Məmmədov olub.

Kənan Məmmədov: “Əlbəttə ki, Rasim Ocaqov kino ustadı, böyük peşəkar idi... Biz bir-birimizi çox gözəl başa düşürdük. Onun gedişi ilə Azərbaycan kinosunun böyük bir dövrü başa çatdı.

Mən ondan çox şey öyrənmişəm. O, kinoda vaxtı dəyərləndirməyi yaxşı bacarırdı. Dəqiq və tələbkar idi – əvvəlcə özünə qarşı, sonra ətrafdakılara. Əlbəttə, yaradıcı insan kimi çətin adam idi, bəzən sərt olurdu. Bununla belə, onunla işləmək mənə rahat idi.

“Qətldən yeddi gün sonra” filminin bəzi epizodları “Mosfilm”in pavilyonlarında çəkilirdi. Həmin studiyada Rasim haqqında əfsanələr gəzirdi: “Azərbaycandan rejissor gəlib, çox sürətli, dəqiq, təlaşsız, hay-küysüz çəkir, qısası, ustad dərsi keçir”. Əlbəttə, o, emosional insan idi, xüsusilə çəkilişin ilk günü çox həyəcanlanırdı, amma bunu çox yaxın adamlardan başqa heç kim hiss etmirdi. Rasim həmişə nə çəkəcəyini bilirdi və bu əminlik ətrafdakılara da keçirdi. O, çox peşəkar və böyük adam idi”.

Rafiq Qəmbərov: “Hər filmdən sonra mənə elə gəlirdi ki, Rasim Ocaqovla işləyənlər əsəblərini müalicə etmək üçün xəstəxanaya getməli idilər. Onunla işlədiyim uzun müddət ərzində mən cəmi bir dəfə 15 dəqiqə çəkiliş meydançasına gecikdim. Rasim Ocaqov həmin gün çəkilişi ləğv etdi. Mən çox təəccübləndim, çünki elə olub ki, aktyorları saatlarla gözləmişik. Niyə mənim 15 dəqiqə gecikməyimə görə çəkiliş ləğv olunsun? O dedi ki, sənin çəkiliş qrupunun üzvü olaraq gecikmək hüququn yoxdur. Sən dəqiq olmalısan.

Son dərəcə tələbkar idi, onunla tam gücümüzlə işləmək lazım idi. Rejissor olmamışdan qabaq Rasim Ocaqov operator kimi 14 film çəkmişdi. Yəni onun əvvəl operator olması mənim işimə mane olmurdu, əksinə, köməyi dəyirdi. Mən bəzən ona yaxınlaşıb bir materialı təkrar çəkməyi xahiş edirdim, çünki yeni ideyam yaranırdı. Adətən, mənim fikrimi qəbul edirdi və biz yenidən çəkirdik. Rasim müəllim bu baxımdan çox yaradıcı insan idi, hər zaman bizi dəstəkləyirdi. Aktyor epizodlarına gəldikdə isə o mənə tam azadlıq vermişdi. Mən doğru bildiyim kimi çəkiliş aparırdım”.

Nadir Əliyev – Rasim Ocaqovun bəzi filmlərinin direktoru:

“Rasim Ocaqovu çoxdan tanıyırdım, onunla studiyada tez-tez rastlaşırdıq. Onunla işləmək böyük şərəf idi, eyni zamanda böyük məsuliyyət və ağır əmək idi. Rasim Ocaqovun tapşırıqlarını hamı yerinə yetirə bilmirdi. Onun üçün intizam və yüksək peşəkarlıq prioritet idi.

O, “Park” filmini çəkəndə filmin qəhrəmanının yaşadığı yeri hazırlamağı tapşırmışdı. Mən işimin öhdəsindən gəldim və görünür, bu, onun gələcək seçimini müəyyən etdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə bir çox sahələrdə, o cümlədən kinematoqrafiyada xaos idi. Bu məqamda Rasim Ocaqov “Ocaq” studiyasını yaratdı və direktor qismində məni dəvət etdi. Bizim qarşımızda dayanan məqsəd gücümüz çatdığı qədər Azərbaycan kinosunu qoruyub saxlamaq idi. Bu ağır şərtlər altında biz “Təhminə”, “Həm ziyarət, həm ticarət” və “Otel otağı” filmlərini çəkdik”.

Cəmil Quliyev – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, əməkdar incəsənət xadimi:

“Rasim Ocaqov Azərbaycanın aparıcı rejissorlarındandır. Onun yaradıcılığına hər zaman fotoqrafik həqiqət xas idi və bu ondan irəli gəlirdi ki, o, fotoqrafiya sənətini sevirdi.

Rasim Ocaqovun filmlərini, ilk növbədə, fəlsəfi-poetik forma fərqləndirir. Onun filmlərində musiqi və görüntü bir-biri ilə harmoniya yaradırdı. Bu filmlərdə ikinci dərəcəli personajlar olmurdu, çünki hər bir xətt düşünüllmüş və dramaturgiya baxımından bağlı olurdu”.

R.Ocaqovun tanınmış Azərbaycan diplomatı Ramiz Abutalıbovun münasibətlərini onilliklər boyunca davam edən dostluq adlandırmaq olar:

“Mən Rasimlə institut vaxtından tanışam. Həmin dövrdən onunla dostluq etmək və onun yaradıcılığını müşahidə etmək imkanına sahib olmuşam.

Biz onu çox tez itirdik. Rasim Ocaqov çox xeyirxah adam idi və əsl dostluq edə bilirdi”.

Eldar Quliyev – tanınmış kinorejissor:

“Rasim mənim 50 ilə yaxın dostum olub. Biz onunla 1956-cı ildə “Əsl dost” filminin çəkilişində tanış olmuşuq. Yaş fərqinə və fərqli işlərimizə baxmayaraq – o, baş operator idi, mən isə rejissor köməkçisi – biz dostlaşdıq. Çoxlu xatirələrimiz var.

Mən ilk filmim olan “Bir cənub şəhərində” filmini Rasim Ocaqovla çəkmişəm. O zaman Rasim Ocaqov artıq operator sənətində ustad idi. Rasim çox məsuliyyətli və kino aşiqi idi. Onun filmlərinə baxanda hamı biləcək ki, dünyada Rasim Ocaqov kimi görkəmli şəxsiyyət yaşayıb”.

Ramiz Fətəliyev – məşhur ssenari müəllifi, rejissor:

"Rasim Ocaqov yalanı qəbul edə bilmirdi. Hər zaman saxtalığı hiss edirdi. Özündənrazıları heç sevməzdi. Onun insanlara münasibəti cəmiyyətdə kimliyindən asılı olmayaraq eyni idi. Hamı ilə eyni tərzdə danışırdı. Heç vaxt heç nəyi kimə və yaxud nəyəsə görə etmirdi. İstəmirdi. (Bəlkə də edə bilmirdi). Amma təklif edirdilər. Özü də bir neçə dəfə. Rasim Ocaqov heç vaxt özü üçün heç nə xahiş etmirdi.

O, bizim kinematoqrafiyada yeganə insan idi ki, öz sənətini digər sənətə dəyişib. İkinci sənəti ona daha çox uğur gətirmişdi. Məhz ona görə ki, o, çalışmağı çox sevirdi. Özünə qarşı çox tələbkar idi. Bu tələbkarlığın sərhədi yox idi".

Təxribat xarakterli SMS-lər telefonunuzdakı şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər
Təxribat xarakterli SMS-lər telefonunuzdakı şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər
Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir - Ramin Quluzadə (FOTO)
Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir - Ramin Quluzadə (FOTO)
İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlanılıb
İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlanılıb
Loading Bars
Xəbər lenti
Samsung-un sədri vəfat edib
Nüvə Silahlarına Qadağa Müqaviləsi 22 yanvar 2021-ci ildə qüvvəyə minəcəkdir
Dünyada sutkada koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb
Moskvada koronavirusdan daha 68 nəfər ölüb
ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, radiopelenqatorlar və mərmi qalıqlar aşkar edib (FOTO)
Həbib Nurməhəmmədov üçüncü dəfə UFC çempionu titulunu qorudu
Əfqanıstanda "Əl-Qaidə" liderlərindən biri zərərsizləşdirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 313 mini keçib
Hərbçilərimiz koronavirusla bağlı çağırış etdi (VİDEO)
Fransa Ankaradakı səfirini geri çağırıb
Düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Hikmət Hacıyev: 15 yaşınadək uşaqların əsgər kimi istifadə olunması müharibə cinayətdir (VİDEO)
Ermənistan döyüşlərdə uşaqlardan istifadə etməyə davam edir (VİDEO)
Hikmət Hacıyev: Ermənilərin hədəfi kənd və mülki şəxslər idi (FOTO)
Ermənistanın xarici işlər naziri də Paşinyan kimi CNN-ə müsahibədə rəzil duruma düşdü - Politoloq
Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı (VİDEO)
Gəncədəki erməni terroru nəticəsində həlak olan Rusiya vətəndaşının xatirəsi yad edilib (FOTO)
Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb (FOTO/VİDEO)
MN: Aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır
MN: Təslim olan ermənilərin üçüncü dövlətlərə keçməsi üçün şərait yaradılacaq
Almaniyada Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib (FOTO)
MN: Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə düşmən təxribata əl atır
Azərbaycan HHQ-i düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 24.10.2020 tarixli bölüm
Prezidentə yazırlar: Erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə fəxr edirik
Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb - MN
Milli Məclisin Sədri Fransa Milli Assambleyasının Sədrinə məktub ünvanlayıb
İslamabadın ən böyük alış-veriş mərkəzində “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir (FOTO/VİDEO)
Paşinyanın ardınca Mnatsakanyan da CNN-də özünü biabır etdi
Bayrağımızı Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - Azərbaycan hərbçiləri (VİDEO)
Rusiya XİN ermənilərin Gəncəyə raket atəşi nəticəsində həlak olan Rusiya vətəndaşı ilə bağlı məlumat yayıb
Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq
"Amerikanın səsi" etdiyi səhvə görə üzr istədi (FOTO)
İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı
Parisdəki Azərbaycan Evinin rəhbəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Sputnik Frans” a müsahibə verib
Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır - Hikmət Hacıyev
Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları qurulub (FOTO)
Ballistik raketləri mülki insanlara qarşı atan Ermənistan hakimiyyətinin əməlləri hərbi cinayətdir - Deputat
Rusiya səfirliyi Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ölən yeniyetmə ilə bağlı məlumat yayıb
Dövlət başçısının müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr tarixi əhəmiyyətə malikdir - Hikmət Babaoğlu
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir (VİDEO)
Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi”
ABŞ-da koronavirus vaksininin sınaqları bərpa olunub
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi
Ermənistan növbəti itkilərini açıqlayıb - SİYAHI
Şəhid olmuş hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
Düşmənin daha bir PUA-sı məhv edilib
Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə və bəzi KİV nümayəndələrinə xəbərdarlıq edib
Elsiz-obasız, torpaqsız olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz - Zəngilan sakini
Düşmənin döyüş təyyarəsi məhv edilib
Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan
Azərbaycanda 792 nəfər COVID-19-a yoluxub, 220 nəfər sağalıb, 8 nəfər vəfat edib
Azərbaycan Ordusu yüksək əhval-ruhiyyə ilə işğal olunan torpaqlarımızı azad edir (VİDEO)
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan öz torpaqlarını geri almağa başlayıb
İranda 335 nəfər koronavirusdan öldü
Mətbuat Şurası aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciət edib
ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı
Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu - Nazir
Əkrəm İmamoğlu koronavirusa yoluxub (VİDEO)
Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq - Rauf Əliyev
Ermənistan Gəncədə rusiyalı yeinyetməni qətlə yetirməklə bütün dünyaya qarşı müharibə elan etdiyini göstərdi - ŞƏRH
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur
Müharibədən sonra Dağlıq Qarabağa xarici investisiya axını şübhəsizdir - İqtisadçı
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib
Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - Nazirlik
Azərbaycan nefti ucuzlaşıb
Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır - Türkiyə Müdafiə Nazirliyi
Ermənistanın dinc sakinləri atəşə tutması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır - Britaniyalı deputat
Birinci elə bildik raket evə düşəcək, amma bağa düşdü, Orxan bağda idi - Kənd sakini (FOTO/VİDEO)
Çili mətbuatında ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciədən bəhs edilib
Goranboyda evin həyətinə düşüb partlamayan erməni raketi (FOTO)
Azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçirib
Səbaildə onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb (FOTO)
Rusiyada bir gündə 16 mindən çox yoluxma qeydə alındı
Erməni terroru nəticəsində bu gün həlak olan yeniyetmə xalasıgilə qonaq getmişdi (FOTO)
Ermənistan tərəfindən öldürülən Rusiya vətəndaşı barədə səfirliyiə məlumat verilib - Hikmət Hacıyev
Ermənistan hər dəfə atəşkəs razılaşmasını pozur, mülki əhaliyə davamlı olaraq atəş açır - Deputat
Azərbaycan tərəfə keçmək istəyən erməni mülki şəxslərə və hərbçilərə yardım göstərməyə hazırıq - Hikmət Hacıyev
Sabah hava necə olacaq?
Oktyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənilib
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib
Əlcəzair və Misir mediası Gəncə terrorundan yazıb
Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır (FOTO)
Ermənistanda koronavirusa yoluxanların sayı 75 min nəfəri keçdi
Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı Rusiya vətəndaşı vəfat etdi
Ermənistanın raket atəşi nəticəsində Tərtərdə 16 yaşlı yeniyetmə həlak olub - Hikmət Hacıyev
Prezident İlham Əliyev: Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə regional haba çevrilib
Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi hücumunun siyasi məqsədlərindən danışıb
Kəlbəcərin mövcud yataqlarının ehtiyatları yenidən öyrəniləcək
Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur
Prezident İlham Əliyev: Bakının mərkəzində erməni kilsəsi var, bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb
Polşa prezidenti koronavirusa yoluxub
Azərbaycan Prezidenti: Bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir
Prezident İlham Əliyev: Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalıdır
Azərbaycandakı dini konfessiyalar erməni terroruna qarşı həmrəylik nümayiş etdirib (VİDEO)
Azərbaycan Prezidenti: Müharibə dayanandan sonra Türkiyənin rolu çox mühüm və müsbət olacaq
Bütün xəbərlər