...

Azərbaycan “Best Model of World” 2018-də dünya 2-cisi olub (FOTO)

Mədəniyyət Materials 14 Dekabr 2018 08:45 (UTC +04:00)
Türkiyədə “Best Model of World” 2018 model müsabiqəsinin final mərhələsi baş tutub.
Azərbaycan “Best Model of World” 2018-də dünya 2-cisi olub (FOTO)

Bakı. Trend:

Türkiyədə “Best Model of World” 2018 model müsabiqəsinin final mərhələsi baş tutub.

Trend-in məlumatına görə, gecədə Azərbaycan təmsilçiləri də iştirak edib.

Həmyerlimiz Şakir Əhmədzadə “1st Runner Up” titulunu qazanaraq dünya ikincisi, Cəmilə Qoluboviç isə beşliyə daxil olaraq “Best Grace” adının sahibi olub.

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl Bakıda “Best Model of Azerbaijan” müsabiqəsi baş tutmuşdu. Yarışmanın qalibi Aygül Səfərova “Best Model of World”a getməkdən imtina etmiş, bu səbəbdən onun birincilik titulu əlindən alınaraq Cəmilə Qoluboviçə verilmişdi. Müsabiqənin milli geyim göstərişində, təmsilçilərimiz sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azerbaycan Milli Geyim Merkezinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova imzalı geyimlərlə çıxış ediblər.

1-ci yeri xanımlar arasında Mərakeş, oğlanlarda Italiya. 2-ci yer oglanlarda Azərbaycan, qızlarda Türkiyə, 3-cü yer oğlanlarda Türkiyə, qızlarda Şri-Lanka təmsilçisi tutub.

Xatırladaq ki, layihənin prezidenti Erkan Özerman, milli və beynəlxalq direktoru Aqil Məmiyev, milli seçmələrin layihə direktoru isə Pərviz Əzimzadədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti