...

Gülnarə Xəlilovanın rəngarəng kolleksiyaları İstanbulda moda həftəsinin iştirakçılarını valeh edib (FOTO)

Mədəniyyət Materials 7 Yanvar 2019 23:01 (UTC +04:00)
Gülnarə Xəlilovanın "Turan" və "Toxunuş" kolleksiyaları "Fashion Week Istanbul" adlı moda həftəsinin qonaqlarını və iştirakçılarını valeh edib.
Gülnarə Xəlilovanın rəngarəng kolleksiyaları İstanbulda moda həftəsinin iştirakçılarını valeh edib (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Turan" və "Toxunuş" kolleksiyaları İstanbulda AFWEU-nun təşkil etdiyi "Fashion Week Istanbul" adlı moda həftəsinin qonaqlarını və iştirakçılarını valeh edib.

Trend-in məlumatına görə, tanınmış dizaynerin rəngarəng dəfiləsi layihənin iştirakçıları tərəfindən təşəkkür məktubu ilə qiymətləndirilib.

AFWEU-nun təşkil etdiyi 2 günlük "Fashion Week Istanbul"da Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Nepaldan olan 16 məşhur dizaynerin kolleksiyaları da sərgilənib. Onların arasında Raf Sərdarov, Aydarxan Kaliyev, Erol Albarak və Raşna Muce də olub.

UNICEF-in rəsmi tərəfdaşı olan "Africa Fashion Week Europe/Asia Fashion Week Europe" (AFWEU, prezident - Aydın Acık) "Turkish Heart Foundation" ilə əməkdaşlıq edir.

Xatırladaq ki, G.Xəlilovanın kolleksiyaları daha əvvəl Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya və Qırğızıstanda keçirilmiş Moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti