...

Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin tamaşası keçiriləcək

Mədəniyyət Materials 17 Yanvar 2019 23:06 (UTC +04:00)
Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin “Boqema” operasının tamaşası keçiriləcək.
Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin  tamaşası keçiriləcək

Bakı. Trend:

Fevralın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin “Boqema” operasının tamaşası keçiriləcək.

Teatrdan Trend-ə verilən məlumata görə, tamaşada əsas partiyalardan biri olan Rudolfun partiyasını ifa etmək üçün Teatrın rəhbərliyi gənc və istedadlı həmyerlimiz Azər Rzazadəni dəvət edib. Vokalçı kimi karyerasına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində başlayan Azər sonradan təhsilini davam etdirmək üçün İtaliyaya getmişdi. Hazırda o Milanın La-Skala Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır. Tamaşada Marsel partiyasını Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov ifa edəcək.

Mimi rolunda Əməkdar artist, "Humay" mükafatı laureatı Afaq Abbasova, Müzetta rolunda Əməkdar artist İnarə Babayeva çıxış edəcəklər. Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen), Əməkdar artistlər Tural Ağasıyev (Şonar) və Əliəhməd İbrahimov (Parpinol) da iştirak edəcəklər.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti